06.12.2024, 08:51 - Baxış sayı: 88

Qırğızıstan və Qazaxıstan alimləri institutun qonağı olublar


Qırğızıstan və Qazaxıstan alimləri institutun qonağı olublar

4 dekabr 2024-cü ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Qırğızıstan Milli Elmlər Akademiaysının Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor Saralayev Nur Kərimkuliviç, həmin institutun baş elmi işçisi f.e.d. Süleyman Kayıpov, Qazaxıstan Folklor İnstitutunun əməkdaşı elmlər doktoru, professor Cabbar İsankul görüş keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d. professor İlham Məmmədzadənin dəvəti ilə institutun qonağı olan alimlərə institutun elmi fəaliyyəti, nəşr olunan jurnallar, keçirilən tədbir və konfranslardan, institutun beynəlxalq əlaqələri barədə məlumat verilib.
Görüş zamanı tərəflər ortaq birgə elmi fəaliyyət haqqında fikir mübadiləsi apararaq, institutlar arasında fəlsəfə, dinşünaslıq, siyasətşünaslıq, Türk xalqlarının ümumi fəlsəfəsini və tarixin fəlsəfəsi öyrənilməsi barədə razılığa gəlinib.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, institutun elmi katibi, f.ü.f.d, dosent Sevinc Həsənova, f.e.d. Füzuli Qurbanov və f.ü.f.d. Şölət Zeynalov iştirak ediblər.
Qırğızıstan və Qazaxıstan alimləri institutun qonağı olublar
Qırğızıstan və Qazaxıstan alimləri institutun qonağı olublar