05.12.2024, 07:22 - Baxış sayı: 100

Əməkdaşlarımız BDU-da məruzə ilə çıxış etmişlər


Əməkdaşlarımız BDU-da məruzə ilə çıxış etmişlər

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında elmi seminar keçirilmişdir. Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfəsi tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri f.f.d., dosent Faiq Ələkbərli “Məhəmməd Füzulinin Türk xalqları fəlsəfəsi tarixində yeri” və aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Məhəmməd Füzulinin fəlsəfi görüşləri” məruzəsi ilə çıxış etmişlər. Məruzələrdə filosof-şairin fəlsəfi irsi təhlil olunmuş, onun türk poeziya dünyasındakı mövqeyindən danışılmış, “Etiqada giriş” fəlsəfi əsəri haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, şairin təfəkkürünün məhsulu olan əsərlərdə ürfani eşq, saf məhəbbət, insanın mənəvi aləmi, dostluq, nəciblik,humanizm, ədalətli idarəetmə, ilkin yaradılış, bilik və onun növləri, elmin və alimlərin cəmiyyətdə yeri, yaradana inam, axirət inancı, qadın hüquqsuzluğu kimi məsələlərə toxunulmuş, cəmiyyətin kamilləşməsi üçün biliklərə üstünlük verilməsinin zəruriliyi barədə maraqlı fikirlər irəli sürülmüşdür. Sonda professor-müəllim və tələbə heyətinin maraqlı sualları cavablandırılmışdır. Əməkdaşlarımız institutda nəşr olunan kitab və jurnallardan kafedraya hədiyyə etmişlər.
Əməkdaşlarımız BDU-da məruzə ilə çıxış etmişlər