“Yaşıl düşüncənin təbliği və inkişafı” layihəsi çərçivəsində təlimlər keçirildi
Layihənin təlimçisi, dosent, Radif Mustafayev təlim zamanı “Yaşıl düşüncə”, Dayanaqlı inkişaf və “Yaşıl həyat” mövzular barədə məlumat verdi. Təlimdə Ağdam rayonunda müxtəlif sektorlarda çalışan 25-dən çox gənc lider və fəalar iştirak edib.
Təlimin sonunda iştirakçılar qruplara bölünərək “Yaşıl Ağdam” haqqında fikirlərini yazıblar. Onlar gələcək illərdə regionlarında görmək istədikləri davamlı təcrübələr haqqında fikirlərini təqdim etdilər.

