“A.Makovelskinin fəlsəfəsi haqqında” mövzusunda elmi seminar keçirilib
İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək bildirib ki, A.Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində əvəzsiz xidmətlərini xüsusi qeyd etmək vacibdir: “Makovelski yeni elm sahəsinin – Azərbaycan fəlsəfəsi tarixi predmentinin əsasını qoyan alimlərdən biri olmuş, öz biliklərini daima yalnız tədqiq etdiyi sahələrdə deyil, istənilən çətin mövzunu asan və başa düşülən formada məruzə və mühazirələrdə izah edə və çatdıra bilirdi. A.Makovelski qədim yunan fəlsəfə tarixi, məntiq və məntiq tarixi sahələrində, xüsusilə qədim yunan fəlsəfəsində əsaslı tədqiqat aparmış, bir sıra əsərlərini tərcümə edərək şərh yazmışdır. A.Makovelskinin Azərbaycan fəlsəfəsi tarixinə dair əsərlərində adətən zərdüşlük, “Avesta”, sufilik, Nizami və onun Şərqdə yeri, XIX əsr ictimai və fəlsəfi fikri kimi məsələləri geniş tədqiq etmiş, Azərbaycanda fəlsəfi kadrların yetişdiriləsində alimin misilsiz xidmətləri olmuşdur”.
Həmçinin f.e.d., professor Adil Əsədov “Makovelski Azərbaycan akademik fəlsəfəsinin banisi kimi”, f.e.d. Arzu Hacıyeva “Mətni qavrama, Makovelski və Heydər Hüseynov” mövzusunda geniş və əhatəli məruzə ilə bağlı çıxış ediblər.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, məruzəçilərə suallar verilmişdir.

