Alim, yazıçı Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və yeni milli hədəflər mövzusunda yubiley tədbiri keçirilib
Alim-yazıçı Sadıq Qarayevin 50-illik ömür yolundan, elmi tədqiqatlarından, bədii yaradıcılığından və ictimai fəaliyyətindən danışan natiqlər onun alim, yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçildiyini qeyd edərək, “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““N” saylı qəhrəmanlıq” əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğindən danışıblar. Sonda Sadıq Qarayevə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı, AYB-nin Fəxri dilplomu təqdim olunub və Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub, xatirə şəkilləri çəkilib.

