“Azərbaycan-Pakistan: siyasi-mədəni əlaqələr və perspektivlər” mövzusunda Beynəlxalq Konfrans keçirilib
Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ölkəmizdə səfərdə olan pakistanlı alim dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqatçısı, Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin Urdu dili və ədəbiyyatı bölməsinin dosenti, həmin universitetin “Məclisi İqbal” (Majilis İqbal) ədəbi məclisinin rəhbəri doktor Safir Heydər (Safeer Hydar), Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycan Dillər Universitetinin müəllimi Əthar Mahmud Azərbaycanla Pakistan arasında bərqərar olmuş siyasi-mədəni əlaqələr barəsində geniş açılış nitqi söyləmişdir.
Akademik İsa Həbibbəyli konfransı açıq elan edərək gələn qonaqları salamlayıb, onları burada görməkdən məmnunluğunu bildirib.
Çıxışında Azərbaycanla Pakistan arasında genişlənməkdə olan elmi əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini AMEA-nın bir sıra elmi-tədqiqat müəssisələrinin dost ölkənin elmi qurumları ilə sıx əlaqələrinin yaradıldığını vurğulayıb. Qarşılıqlı elmi-ədəbi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf mərhələsində olduğunu diqqətə çatdıran AMEA rəhbəri Pakistanda Azərbaycan yazıçılarının, ölkəmizdə isə dost ölkənin ədəbi simalarının tanıdılması istiqamətində aparılan işlərdən danışıb. Pakistan Ədəbiyyat Akademiyası, Lahor Dövlət Kollec Universiteti və Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən Nizami Gəncəvi haqqında monoqrafik tədqiqat əsərinin, Cəlil Məmmədquluzadənin seçilmiş hekayələrinin qardaş ölkədə urdu dilində çap olunduğunu qeyd edərək diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən görkəmli Pakistan şairi və filosofu Məhəmməd İqbalın seçilmiş əsərləri Azərbaycan dilində nəşr olunub, eləcə də böyük söz ustadının yaradıcılığını əhatə edən monoqrafik tədqiqat əsəri işıq üzü görüb. Pakistanlı alimlərdən professor Yusuf Xuşk, professor
Sonra Lahor Dövlət Kollec Universitetinin Urdu dili və ədəbiyyatı bölməsinin dosenti, doktor Səfir Heydər - “Pakistan-Azərbaycan mənəvi əlaqələrində urdu dilli ədəbiyyatın rolu” mövzusunda çıxış etdi. Pakistanda böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqi barədə Azərbaycan yazıçılarının əsərlərinin Pakistanda urdu dilində nəşr edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Nizamişünas alim hazırda ölkəmizlə bağlı iki kitab üzərində çalışdığını diqqətə çatdırıb. Konfrans zamanı Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini də ziyarət etdiyini və bundan məmnunluğunu bildirdi.
Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycan Dillər Universitetinin müəllimi Əthar Mahmud “Pakistan-Azərbaycan xalqlarını doğmalaşdıran ortaq mədəni dəyərlər”, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Azərbaycan-Pakistan əlaqələrində ortaq islami dəyərlərin yeri və əhəmiyyəti mövzularında çıxış etdilər.
İnstitutun direktoru f.e.d., professor İlham Məmmədzadə Azərbaycan-Pakistan xalqlarının mədəni-siyasi əlaqələrindən xüsusilə, iki ölkə arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində daim inkişaf edib genişlənən strateji əməkdaşlıqdan ətraflı bəhs etmiş və bu qardaşlıq əlaqələrinin gələcək inkişaf perspektivlərindən danışmışdır.

