“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirildi
YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Əlcəzair, Bolqarıstan və Mərakeşdən olan alim və mütəxəssislər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təbrikini tədbir iştirakçılarına çatdırdı. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışmış və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.
Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Fəlsəfə və müasirlik”, Əlcəzair Elmi Araşdırmalar Mərkəzi, YUNESKO-nun eksperti, f.e.d., professor Uiza Gallez “Əlcəzairdə fəlsəfə: siyasiləşmiş tarix”, Bolqarıstan Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu, f.e.d., professor Bogdana Todorova Şərq və Qərb arasında dialoqun inkişafı haqqında Azərbaycan fəlsəfi ideyaları”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, f.e.d., professor Rəna Mirzəzadə “İlham Əliyev strategiyasında universal dəyərlərə baxış”, Bolqarıstan

