Şair Ramiz Qusarçaylı ilə görüş keçirildi
Tədbirdə giriş sözü ilə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə şairin yaradıcılğına qısa nəzər salaraq onu burada görməkdən məmnun olduqlarını ifadə edib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Ramiz Qusarçaylının yaradıcılığını geniş və əhatəli şəkildə təhlil etdi. Akademik qeyd edib ki, şairin yaradıcılığında Vətən mövzusu xüsusilə seçilir, “Vətən” poeması da bunun bariz nümunəsidir və bu poema vətən haqqında yazılmış ən yaxşı əsərlərdəndir”.
Fəlsəfə və Sosiologiya İnstitutunin ictraçı direktoru t.e.d. Eynulla Mədətli Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri haqqında öz fikirlərini bölüşdü: “R. Qusarçaylı illər öncə “Azərbaycan bayrağı” adlı möhtəşəm şeirini yazanda bir şair fəhmi və Vətən aşiqi inancıyla əmin idi ki, müqəddəs bayrağımızın “kölgəsi düşən torpağı gözlərinə çəkmək” ona nəsib olacaq. Onun Azərbaycan bayrağına bu özünəməxsus müraciətindəki ümidi, bir gün zəfər bayrağımızın düşməndən azad olunan bütün torpaqlarımızda qürurla dalğalanacağına inamı şükürlər olsun ki, 44 günlük Vətən savaşında gerçək oldu.”
Tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyev siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, tarix elmləri doktoru, professor Şahin Fazil, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri Asya Əhmədova, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə , iqt.ü.f.d., Əhməd Qəşəmoğlu və digər natiqlər şairin yaradıcılığı və “Vətən” poeması barəsində ətraflı çıxşılar etdilər.
Sonda şair Ramiz Qusarçaylı yüksək vətənpərvərlik ruhlu və dərin tarixi-fəlsəfi məzmunlu “Vətən” poeması ilə xalqımızın mənəvi dünyasını daha da zənginləşdirdiyinə, müasir Azərbaycan ədəbiyyatında siyasi lirikanın parlaq nümunəsini yaratdığına görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəxri Fərmanı ilə təltif edildi.

