Fəlsəfə və Sosilogiya İnstitutunun illik fəaliyyəti yüksək qiymətləndirilmişdir
AMEA-nın İctimai Elmlər Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 12 yanvar 2021-ci il tarixində qərar verib. Qərarda 2020-ci il ərzində İctimai Elmlər Bölməsinə daxil olan İnstitutların elmi-təşkilatı fəaliyyətləri yer alıb. Qərara İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri üzrə elmi işçilərə düşən nəşrlərin, məqalə və tezislərin göstəricisi (faizlə) cədvəlləri də əlavə olunmuşdur.

