Fəlsəfə və Sosiologiya İnstitutunun 2020-ci il üzrə elmi nəticələri
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı “Könüllülər ili”nə həsr olunmuş 1 respublika elmi konfrans və “Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi ilə bağlı 1 onlayn respublika elmi konfrans keçirilmiş və 5 elmi məqalə dərc edilmişdir.
AMEA Rəyasət Heyətinin qərarlarının icrası ilə bağlı AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun 100 illik yubileyinə həsr olunmuş 1 onlayn respublika konfrans və 9 elmi məqalə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı 2 beynəlxalq onlayn elmi konfrans və 1 onlayn elmi seminar, 7 elmi məqalə, Akademik Firudin Köçərlinin 100 illik yubileyinə həsr olunmuş 1 onlayn respublika konfransı və 2 elmi məqalə çap edilmişdir.
“2020-2025-ci illər üçün İnkişaf Proqramının icrası ilə bağlı 13 elmi tədqiqat işi, 12 monoqrafiya (f.e.d.,İlham Məmmədzadə: ”Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər. (ikinçi nəşri), t.e.d., Eynulla Mədətli - "İranda Azərbaycan tarixi məsələləri"), 35 məqalə və konfrans materialları (bunlardan 11-i xaricdə), 1 kollektiv monoqrafiya (“Davamlı inkişafın sosial və fəlsəfi problemləri”), 72 məqalə KİV-də, 10 beynəlxalq konfranslarda məruzə, 5 televiziya proqramlarında çıxışlar, 1 beynəlxalq onlayn konfrans, 1 onlayn respublika konfrans, 1 seminar, 1 virtual laboratoriya yerinə yetirilmişdir.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” qərarın icrasını təmin etmək məqsədilə 68 elmi tədqiqat işi, 8 monoqrafiya (f.e.d.,prof. Əlikram Tağıyev-“Fəlsəfi-məntiqi problemlər Azərbaycanın milli gerçəkliyi kontekstində (tarix və müasirlik”, f.e.d.,Əlizadə Aydın-Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955−1970). Tarixi-sosioloji araşdırma), İnstitutun nəzdində fəaliyyət göstərən virtual laboratoriyanın nəticələrini əks etdirən “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və yeni “İpək Yolu”” adlı Almanax, (Azərbaycan, rus və ingilis dillərində), 1 dərs vəsaiti, 48 elmi məqalə (bunlardan 17-i xarici), 1 onlayn respublika elmi konfrans,12 beynəlxalq konfrans və 2 online vebinarlar da çıxışlar, 4 ümuminstitut seminar yerinə yetirilmişdir.
“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI proqramın icrası ilə bağlı 98 elmi tədqiqat işi, 2 virtual laboratoriya, 1 online beynəlxalq konfrans, 3 online respublika konfransı, 14 monoqrafiya (f.e.d., İlham Məmmədzadə-”Философия о современности, истории и культуре (О контурах историко-культурной эпистемологии)”, f.ü.f.d, Ələkbərov Faiq “Turan uyğarlığına giriş: Turan mefkuresi ve Tanrıçılık”. Ankara),1 elektron toplu, 1 dərs vəsaiti, 4 şöbədaxili seminar, 22 beynəlxalq konfranslarda çıxışlar, 119 elmi məqalə və beynəlxalq konfrans materialları (bunlardan 25-i xaricdə), 96 məqalə KİV, 1 qrant layihə, yerinə yetirilmişdir.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən 3 monoqrafiya ( f.e.d., Afaq Rüstəmova -“Azərbaycanda informasiya cəmiyyətinin inkişafının fəlsəfi problemləri: dil və kommunikasiya”, f.e.d., prof. Büniyatov Arif «Особенности применения нечеткой логической концепции», Lamberd Academik Publishing. Almaniya.),1 virtual laboratoriya, 1 toplu («Müasir dünya və informasiya cəmiyyəti (II buraxılış), 1 respublika elmi konfransı, 1 onlayn dialoq, 19 məqalə və konfrans materialı (bunlardan 5 xarici), 45 internet materialı,1 vebinarda çıxış yerinə yetirilmişdir.
Pandemiya dövründə İnstitututda 1 online beynəlxalq elmi konfrans, 1 elektron almanax (Covid-19 Pandemiya dövründə fəlsəfə), 17 Konfrans materialları, 21 KİV də məqalələr çap edilmişdir.
Ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı 3 monoqrafiya(f.e.d.,Qurbanov Füzuli və t.e.d., Mədətli Eynulla Yadulla oğlu «Bir millət iki dövlət (fəlsəfi-tarixi təhlil), ped.e.ü.f.d., Habil Həmidov «Armenian aggression against the Azerbaijani people and its cultural heritage».), 20 məqalə (bunlardan 6-sı xaricdə),15 konfrans materialları, 60 məqalə KİV-də, 10 televiziya verilişlərində çıxışlar yerinə yetirilmişdir. Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi Silahlı Qüvvələrin Yardım Fonduna könüllülük prinsipi əsasında 6000 (altı min) manat yardım ediblər.
2020-ci ildə İnstitut əməkdaşlarının əsərlərinə google scholar bazasında 687 istinad edilmişdir.
2020-ci il ərzində İnstitutun 41 əməkdaşı 14 ölkədə Rusiya, Türkiyə, Bolqarıstan, İtaliya, Amerika, Kanada, Qazaxıstan, Qırğısıstan, Özbəkistan, Tacikistan, Hindistan, Ukraynada keçirilmiş beynəlxalq onlayn konfranslarda məruzələr ilə çıxışlar etmişlər.
Hesabat ilində 3 beynəlxalq, 8 respublika elmi-nəzəri onlayn konfrans, həmçinin 5 ümuminstitut seminarı və 3 tədbir kecirilmişdir.
AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., Məmmədzadə İlham Ramiz oğlu-“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə (5 fevral 2020-ci il)., «Müasir siyasətin fəlsəfəsi» şöbəsinin müdiri, f.e.d., prof. Mirzəzadə Rəna Rza qızı-AMEA Reyasət Heyəti Fəxri Fərmanı ilə (5 mart 2020-ci il).,«Multikulturalizm və tolerantlıq fəlsəfəsi» şöbəsinin müdiri, f.e..d., Quliyeva Xatirə Nəcəfqulu qızı-AMEA-nın Fəxri Diplomu ilə ,«Azərbaycan fəlsəfə tarixi» şöbəsinin müdiri, f.e.d., Hacıyeva Arzu Əşrəf qızı AMEA Prezidentinin Fəxri Fərmanı ilə,“İctimaiyyətlə əlaqələr » şöbəsinin müdiri Məmmədova Bahar Məmməd qızı AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdirlər.

