PREZİDENT İLHAM ƏLİYEVİN YENİ AZƏRBAYCAN PARTİYASININ VIII QURULTAYINDAKI ÇIXIŞINA MÜNASİBƏTLƏ BAĞLI KEÇİRİLMİŞ EKSPERT SORĞUSUNUN NƏTİCƏLƏRİ
PREZİDENT İLHAM ƏLİYEVİN YENİ AZƏRBAYCAN PARTİYASININ
VIII QURULTAYINDAKI ÇIXIŞINA MÜNASİBƏTLƏ BAĞLI KEÇİRİLMİŞ
EKSPERT SORĞUSUNUN NƏTİCƏLƏRİ
Prezident İlham Əliyev 2 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında partiyanın ölkənin sosial, siyasi, mədəni həyatındakı rolunu qiymətləndirmiş, II Qarabağ müharibəsindəki şanlı qələbə, həmçinin 20 sentyabr 2023-cü ildə ölkə ərazisində separatizmə son qoyularaq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması və bu mərhələdə YAP üzvlərinin iştirakı istiqamətləri haqqında danışmışdır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları arasında ekspert sorğusu keçirilmişdir.
Sorğunun ilk sualı: Siz YAP-ın üzvüsünüzmü və partiyanın fəaliyyət istiqaməti, ölkəmizin sosial, siyasi, mədəni həyatındakı rolu haqqında fikirləriniz necədir? – olmuşdur.
Bu suala cavab verən respondentlər iki qrupa bölünürlər. Birincilər YAP üzvü olanlar, ikincilər isə üzv olmayanlar.
YAP üzvü olan əməkdaşlar partiyanın “milli siyasi iradəni təmsil etdiyini”, “ölkəmizin siyasi sisteminin avanqardı” olduğunu, “siyasi mədəniyyətin, siyasi sisitemin formalaşdırılmasında həlledici rola” maik olduğunu, “xalqımızın milli həmrəyliyinə və inkişafına xidmət etdiyini”, həmçinin “dövlətçilik ənələrinin”, “milli mənəvi dəyərlərin”, “dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması və milli inkişaf strateqiyasının reallaşdırılması”, “iqtisadi inkişafın”, “əhalinin rifah halının yüksəldilməsi”, “gənclərin inkişafı”nın təmin edilməsi istiqamətindəki fəaliyyətini xüsusi olaraq vurğulamışlar. YAP üzvü olan bir sıra əməkdaşlar partiyanın hətta “Qafqazın ən böyük partiyası” olduğunu, “Azərbaycanın gələcək inkişafında və hal-hazırki vəziyyətində” həlledici rolunun olduğunu qeyd etmişlər. Bu qism əməkdaşlar əmindirlər ki, “YAP sağlam, xalqın maraqlarına, dövlətin mənafeinə, ...müasir dövrün tələblərinə ...uyğun fəaliyyət göstərir və xalqın etimadını qazanıb”.
Əməkdaşlar ölkəmizin həyatında YAP-ın fəaliyyətini aşağıdakı kimi ümumiləşdirilmişlər:
“1.Dövlətçiliyin möhkəmlənməsi, milli həmrəylik, siyasi sabitlik.
2.Azərbaycançılıq idealogiyasını inkişaf və təbliğ etmək.
3.İqtisadi islahatlar, regionların inkişafı, sosial müdafiənin güclənməsi.
4.Bərpa və Böyük Qayıdışın təbliğatı.
5.Qanunvericilik fəaliyyəti.
6.Vətəndaş cəmiyyətinin inkişafı.”
YAP-ın əsas prinsipi müstəqil, güclü və qüdrətli dövlətçilikdir. Onun əasas prinsiplərindən biri də sosial ədalət prinsipidir. YAP ölkəmizin mədəni həyatını inkişaf etdirməklə yanaşı, həm də beynəlxalq əlaqələri də möhkəmləndirir.
YAP üzvü olmayan ekspertlər də, partiyanın aparıcı ideoloji qüvvə kimi ölkənin siyasi, hüquqi, sosial, mədəni həyatında əhəmiyyətli fəaliyyətə malik olduğunu qeyd etmişlər. Bu qrup ekspertlərdən bəziləri ümumiyyətlə, heç bir partiyanın üzvü olmadıqlarını bildirmişlər. Bununla belə, qeyd etmişlər ki, YAP-ı dəstəkləyənlər və bu partiyanın üzvü olan insanlar “ölkəmizin sosial-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayırlar”, həmçinin hazırki dövrdə “ölkəmizdə güclü iqtidar partiyasının olmasını önəmli məsələ” kimi qiymətləndirmişlər.
Bu suala cavabları ümumiləşdirərək demək olar ki, fəlsəfə və siyasi araşdırmalar üzrə ixtisaslaşmış ekspertlər YAP-ın ölkə həyatındakı əhəmiyyətli fəaliyyətini müsbət dəyərləndirirlər və ölkənin gələcək inkişafı, əhalinin rifah halının yüksəldilməsinin, Azərbaycanın güclü dövlət olaraq fəaliyyətinin mənbəyinin məhz YAP olduğunu bildirirlər.
2.Sizcə, ideoloji təhlükəsizlik nədir? YAP-ın ölkəmizdə ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyəti hansı istiqamətlərdə qurulmuşdur?
Ekspert sorğusunun ikinci sualı prezident İlham Əliyevin öz çıxışında xüsusi olaraq vurğuladığı ideoloji təhlükəsizlik məsələsi ilə bağlı olmuşdur. Bir sıra ekspertlər ideoloji təhlükəsizliyi azərbaycançılıq ideologiyası və multukulturalizm siyasəti ilə əlaqələndirərək, qeyd etmişdirlər ki, “düşünürəm YAP-ın rəhbərlik etdiyi iqtidarımızın ideologiyası azərbaycançılıq ideologiyasıdır və dövlətin idarə edilməsində multikultralizm siyasətini əldə rəhbər tutan hökümətimiz düzgün mövqedədir”.
Digər ekspertlərə görə: “İdeoloji təhlükəsizlik milli kimliyin, tarixi yaddaşın, dövlətçilik dəyərlərinin və informasiya məkanının qorunmasıdır”.
İdeoloji təhlükəsizliyə münasibət və ona tərif verilməsi cəhdləri xüsusi maraq doğurur. Məsələn, ekspertlərdən biri qeyd edir ki: “Müasir dünyada təhlükəsizlik anlayışı geniş məna daşıyır”. Ekspertin fikrincə, “İlk növbədə güclü ordu, möhkəm sərhədlər, iqtisadi imkanlar” təhlükəsizliyin başlıca göstəriciləridir, həmçinin “dövlətin informasiya və ideoloji təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm tərkib hissələridir; milli-mənəvi dəyərlər ideoloji təhlükəsizliyin dayağıdır; milli dəyərlərin qorunması, qanunun aliliyinə hörmət və cəmiyyətdə qarşılıqlı ehtimadın möhkəmləndirilməsi” milli təhlükəsizliyin başlıca elementləri olaraq müəyyənləşdirilir.
Ekspertlər ideoloji təhlükəsizliyi “milli təhlükəsizliyin tərkib hissəsi” kimi qiymətləndirir və onu “cəmiyyətin daxili sabitliyinin və vətəndaş həmrəyliyinin saxlanmasının təmin edici” amili şərh edirlər. Ekspertlərin fikrincə, ideoloji təhlükəsizlik “Milli kimliyi, mənəvi dəyərləri, dövlətçiliyi qoruyur”.
İdeoloji təhlükəsizliyə tərif verməyə çalışan digər qrup ekspertlər, onu “bir dövlətin cəmiyyətin öz təməl dəyərlərini, milli kimliyini, suverenliyini və daxili sabitliyini malipuliyativ informasiya təsirlərindən qoruma sistemi”, “dövlət suverenliyinin, milli birliyin qorunması” amili kimi şərh edir və prezident İlham Əliyevin çıxışına istinad edərək ideoloji cəbhədə qalib gəlmənin 2 əsas sütüunu olaraq, “1.Təhsil və savadlılıq, 2.Vətənpərvərlik” amillərini müəyyənləşdirirlər.
“İdeoloji təhlükəsizlik – cəmiyyətdə müəyyən harmoniya və balansın qurulması və bərqərar edilməsidir” – deyən digər ekspert burada mənəvi-mədəni amillərin təsir imkanlarına diqqətə çəkir. Bu fikrin davamı olaraq, ideoloji təhlükəsizliyi “milli təhlükəsizliyin vacib aspektlərindən biri” hesab edən ekspertlər, bu anlayışın “sosial-mədəni, dini, etnik və s. mahiyyət də” daşıya biləcəyini qeyd edirlər. Bu fikirdən çıxış edərək, Azərbaycançılıq ideologiyasının özündə həm də ideoloji təhlükəsizlik prinsipini daşıdığını, “inteqrativ bir ideologiya kimi alternativsiz olduğunu” vurğulayırlar, ideoloji təhlükəsizliyin qorunması istiqamətində müvafiq qurumların fəaliyyətinin düzgün istiqamətləndirilməsini vacib hesab edirlər..
YAP-ın ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətindəki fəaliyyətini də bu baxımdan dəyərləndirən ekspertlərə görə YAP-ın başlıca fəaliyyəti: “Azərbaycançılıq ideologiyasının qorunması və inkişafı, informasiya cəbhəsində müdafiə, təhsil, maarifləndirmə, dünyəvilik, siyasi sabitlik, vətənpərvərlik və dövlətçilik şüurunu qorumaq və təbliğ etmək” ilə bağlıdır, həmçinin YAP-ın ölkədə siyasi həmrəyliyin yaradılmasında aparıcı qüvvə olduğunu qeyd edən ekspertlər bu fikri belə açıqlayırlar: “YAP mütəşəkkil və siyasi bir qurum kimi ön sırada olub, bütün istiqamətlər üzrə əhalinin birliyini qoruyub saxlamalıdır”. Ekspertlər belə düşünürlər ki, “YAP bu isiqamətdə vətənpərliyin, milli mənəvi dəyərlərin, gənclərin maarifləndirilməsinin və milli birliyin gücləndirilməsi” ilə bağlı əhəmiyyətli iş aparır. Onlar YAP-ın başlıca vəzifəsinin “Azərbaycançılıq ideologiyasının yüksək səviyyədə qorunub, müasir tələblərə uyğun inkişaf etdirilməsində” görürlər.
Ekspertlər əmindirlər ki, “YAP ölkəmizdə ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı suverenlik və müstəqilliyi, milli ideyanı, azərbaycançılıq ideyası əsasında milli həmrəyliyi, dünyəvi dövlətçiliyi gücləndirir, hərbi gücü və müdafiə qabiliyyətini möhkəmləndirir”, həmçinin “dövlətçilik ideyalarının, azərbaycançılığın, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliği, ideoloji maarifləndirmə işinin aparılması istiqamətində fəaliyyət göstərir”, “gənclərimizin vətənpərvərlik ruhunda inkişafını, milli kimliyimizin qorunması və dövlətçilik düşüncəsinin inkişaf etdirilməsi vəzifəsini həyata keçirir.
3. 2 oktyabr 2026-cı ildə YAP-ın VIII Qurultayı keçirilmişdir, bu hadisəyə münasibətiniz necədir? Əvvəlki Qurultaylarla müqayisədə VIII Qurultayın fərqli xüsusiyyətləri hansılardır?
Ekspertlər YAP-ın VIII Qurultayını əlamətdar hadisə olaraq qiymətləndirmişlər və bunu aşağıdakı fikirlərilə əsaslandırmışlar: “2 oktyabrda keçirilən YAP Qurultayı zənnimcə dövlətçiliyimizin tarixində hadisədir! Belə ki, 30 il ata-baba torpaqları əlindən zorla alınmış, haqq səsi eşidilməyən, suverenliyi pozulmuş bir millətin torpaqları geri qaytarılmışdır və bununla bağlı siyasi iradə nümayiş etdirmiş prezident bir növ hesabat çıxışı etmişdir”.
Eyni zamanda “VIII Qurultayın siyasi əhəmiyyətini artıran əsas amillər – Azərbaycanın regiondakı mövqeyinin dəyişməsi, regional liderlik, suveren, qalib, güclü dövlətin milli inkişafı dövründə keçirilməsi ilə bağlıdır. Azərbaycan artıq “orta güc” statusu qazanaraq Cənubu Qafqazın siyasi həyatına və təhlükəsizliyinə ciddi təsir edir”.
Bir sıra ekspertlər VIII Qurultayın əhəmiyyətini və fərqini Azərbaycan Respublikasının suverenliyinin tam bərpasından sonra çağırılması ilə əlaqələndirirlər: “Bu Qurultay Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu yeni tarixi-siyasi şəraitdə keçirilməsi, partiyanın qarşıdakı strateji vəzifələrinin müəyyənləşdirilməsi və Nizamnaməsində dəyişikliklərin edilməsi ilə əvvəlki Qurultaylardan fərqlənir”, “əvvəlki Qurultaylardan fərqli olaraq, bu qurultayda yeni geosiyasi reallıqlar, güclü dövlət və ordu quruculuğu, Böyük Qaydış və gələcək inkişaf hədəfləri müəyyənləşdirilmişdir”.
Bu strateji əhəmiyyətli hədəflər aşağıdakı kimi təsnif edilmişdir:
- “ərazi bütövlüyünün və suverenliyinin qorunması;
- ideoloji işin yenilənməsi;
- sosial və iqtisadi inkişaf;
- milli təhlükəsizlik və güclü dövlət strategiyası;
- Qarabağ və Zəngəzurda bərpa qurqculuq işləri;
- xarici siyasət və beynəlxalq əlaqələr”.
4.İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında hansı tezisləri ölkəmizin gələcək inkişafı ilə bağlı mühüm məqamlar hesab edirsiniz?
Ekspertlər prezident İlham Əliyevin çıxışında mühüm məqamları aşağıdakı kimi təsnif etmişlər:
1. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi;
2. Azərbaycanın təhlükəsizlik məsələlərinin gücləndirilməsi və beynəlxalq inteqrasiyası;
3. Azərbaycançılıq və milli dəyərlərin qorunması;
4. YAP-ın siyasi və ideoloji liderliyinin qorunması;
5. Siyasi irs, siyasi sabitlik;
6. Beynəlxalq mövqelərin gücləndirilməsi və suverenliyin təmin olunması və qorunması;
7. “Böyük Qayıdış” Proqramı, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması;
8. Enerji strategiyası və “Yaşıl enerjiyə keçid”;
9. Hərbi güc və təhlükəsizlik prioriteti;
10. İdeoloji izin yeni üsullarla qurulması;
11. Milli birliyin möhkəmləndirilməsi;
12. İqtisadi inkişaf, iqtisadi dayanıqlığın yaradılması;
13. İqtisadi müstəqillik və investisiya lahiyələri;
14. Müasir ideoloji iş və informasiya təhlükəsizliyi;
15. Təhsil və ideoloji təhlükəsizlik;
16. Təhlükəsizlik strategiyası və regional mövqe;
17. Müstəqil inkişaf yolunu davam etdirmək;
18. qeyri-neft sektorunun inkişafının zəruriliyi və s.;
19. Xarici investisiyaların cəlb olunması;
20. əhalinin sosial rifahının yüksəldilməsi;
21. müstəqil xarici siyasət və əməkdaşlıq.
Bu istiqamətlər Azərbaycanın gələcək inkişafı üçün vacib məqamlar hesab edilir. Ekspertlərin bəzisi belə hesab edir ki, “dünyanın bu günkü siyasi mənzərəsi onu göstərir ki, böyük sosioloq Maks Veberin mədəniyyət haqqında dediyi sözlər əsrimizdə özünü doğrulamadı. Mən ölkə prezidentinin büdcədən silahlanmaya ayırdığı maliyyə payını alqışlayıram. Hesab edirəm ki, güclü bir dövlət olmadan iqtisadi və hərbi gücü qaydasında olan dövlət -yaratmadan mənfur qonşuları olan bir məkanda hüzur içərisində yaşamaq olmaz!”
5.Azərbaycanın suverenlik tarixində Heydər Əliyev fenomenini necə dəyərləndirirsiniz?
Bu suala cavabda ekspertlər tərəfindən Heyfər Əliyev fenomeninə xüsusi heyranlıq hiss olunur.
“Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasında möhkəmlənməsində və milli dövlətçilik ən-ənələrinin bərpasında mühüm rol oynamışdır. Onun fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik təmin edilmiş, dövlət institutları gücləndirilmiş, ölkənin suveren inkişafının əsasları formalaşdırılmışdır. Azərbaycanın suverenlik tarixində dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənlərinin möhkəmləndirilməsi, müasir Azərbaycanın siyasi-hüquqi əsaslarının formalaşdırılması H.Əliyevin adı ilə bağlıdır”.
“Heydər Əliyev dövlətçiliyi xilas etməklə yanaşı hüquqi, iqtisadi suverenliyi təmin etdi, ordu quruculuğunu həyata keçirdi, müstəqilliyin əbədi xarakter almasını təmin etdi. Heydər Əliyev Azərbaycanın həm ideoloqu, həm də qurucusudur. Onun fəaliyyəti dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, milli maraqlara əsaslanan siyasətin və uzun müddətli inkişaf strategiyasının formalaşdırılması ilə səciyyələnir”.
“Ulu öndər dünyaca ünlü bir siyasətçidir. Onun siyasi arenada oynadığı məntiqli, uzaqgörən hərdən kəskin, hərdən mötədil rolu dünyanın məhşur siyasətçiləri tərəfindən heyranlıqla dəyərləndiriliər. Suverenliyimizin yenidən bərpası onun əzəldən apardığı incə siyasətlə və bizə əmanət qoyduğu varisinin onu andıran uzaqgörən siyasəti ilə mümkün oldu”.
“Heydər Əliyevin birləşdirici siyasi liderdir”.
“Ulu Öndərin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi idi. Ölkədə sabitliyin təmin olunması, dövlət quruculuğunun gücləndirilməsi, iqtisadiyyatın bərpası, təhlükəsizliyin təmin olunması və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən idi”.
6.Sizcə 44 günlük müharibə olmasa idi, Azərbaycan dövlətinin suverenliyi bərpa oluna bilərdimi, zəhmət olmasa beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətinə münasibətinizi bildirərdiniz.
Ekspertlər müharibənin həllində güclü lider amilini xüsusi olaraq vurğulayırlar və qələbənin məqamında və siyasi liderin iradəsilə əldə edildiyini qeyd edirlər: “Yalnız Ali Baş komandan İlham Əliyevin mətin iradəsi ilə Azərbaycan ordusu bu misyanı şərəflə yerinə yetirmiş oldu”.
Təqdim edilən cavablarda sülhün əldə edilməsində iştirak edən və dəstək göstərərn təşkilatlar aşağıdakı kimi sadalanmışdır:
-BMT atəşkəs çağrışı, danışıqlar masası.
-ATƏT və Minsk qurupu – diplomatik müşahidə və iflas.
-Türk dövlətləri təşkilatı – açıq dəstək bəyanatı.
-İslam əməkdaşlıq – Azərbaycan ərazi bütövlüyünə dəstək.
“Dövləti təmsil edən rəhbərlərimiz, elm adamlarımız, ünlü siyasətçilərimiz 30 il vətənimizin ən əziz parçası olan Qarabağın əsil sahiblərinə (yəni bizə) geri qaytarılması üçün durmadan çalışdılar... Təəssüf ki, heç nəyə nail ola bilmədik. Dünyada gedən çoxüzlü siyasət, ikili standartlardan çıxış edənlərin məkirli niyyətləri sonunda xalqımızı torpaqlarını qanla suvararaq, canından keçərək geri ala biləcəyi qərarına gətirdi. Bütün səylərə baxmayaraq torpaqlarımızı sülh yolu ilə deri qaytarmaq mümkün olmadı və müşahidələrimiz göstərdi ki, olmazdı da”.
“Əgər 44 günlük müharibə olmasa idi suverenliyimizin nə vaxt və necə bərpa olunması barədə dəqiq fikir irəli sürmək qeyri-mümkün olardı. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı uzun illər “Sizif”əməyinə bərabər fəaliyyət göstərsələr də, heç bir nətiçə əldə edə bilmədilər. Onların fəaliyyəti münaqişənin dondurulmuş vəziyyətdə qalmasına və konkret addımların atılmasına yönəlmədi”.
“Xeyr, 44 günlük müharibə olmasa idi Azərbaycan dövlətinin suverenliyi bərpa olunmazdı. Çünki Ermənistan BMT-nin dörd qətnaməsini qəbul etmir, ATƏT-in Minsk qrupu isə heç bir ciddi təsir gücünə malik deyildi: Minsk qrupunun Fransadan olan və ABŞ-dan olan nümayəndələri erməni lobbisinin təsiri altında olduğundan, Rusiya isə Ermənistanla müttəfiq olduğundan münaqişəni həll etməkdə maraqlı deyildi. Bunun üçün dövlət başçımız, Ali Baş Komandan, görkəmli siyasətçi və diplomat İlham Əliyev cənabları olduqca düz yol seçərək yaranmış əlverişli ictimai-siyasi vəziyyətdən istifadə edərək, Ermənistanın təxribatlarına cavab olaraq hərbi-siyasi yolla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edə bildi”.
“Hesab edirəm 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. 2020-ci il müharibəsi və 2023 -cü il antiterror tədbirləri nəticəsində Azərbaycanin suverenliyi tam bərpa olundu.
Beynəlxalq təşkilatların fəaliyyətinə gəldikdə onların rolunu fərqləndirmək lazımdır. BMT təhlükəsizlik surasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və münaqişə ilə bağlı mövqelərini əks etdirən müddəalar əks olunmuşdur. Lakin bu qətnamələr uzun müddət ərzində münaqişənin həllini təmin etmədi. ATƏT-in Minsk qrupu da onillliklər boyu davam edən danışıqlar prosesində münaqişənin yekun həllinə nail ola bilmədi”.
“Güc, birlik, həmrəylik, uzaqgörən siyasət, Azərbaycanının balanslı siyasət kursu və nəyi nə zaman etmək bacarığı dövlət suverenliyinin bərpasına gətirib çıxardı. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz şanlı qələbə qazandı. Dəmir Yumruq yerindədir”.
“44 günlük müharibə olmasaydı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası mümkün olan məsələ deyildi. BMT və ATƏT kimi təşkilatlarının ermənipərəst mövqeyini nəzərə alsaq, məsələnin həllinin yalnız müharibə yolu ilə mümkünlüyü arqument olaraq qəbul olunmalıdır”.
44 günlük Vətən müharibəsi və ardınca 2023-çü ildə həyata keçirilən lokal xarakterli antiterro tədbirləri Azərbaycan dövlətinin uzun illər davam edən işğala son qoyması, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün faktiki olaraq bərpa etməsi və separatçı qurumun mövcudluğuna son verməsi baxımından XXI əsrin mühüm hadisəsidir”.
“Torpaqların 30 ildən artıq müddətdə işğalda qalması beynəlxalq təşkilatların konkret həll etmək yolunda fəaliyyətinin yetərsizliyinin göstəricisidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini 44 günlük müharibə sayəsində bərpa etdi”.
II Qarabağ- Vətən müharibəsinə qədər Ermənistanın işğalçı qüvvələri 20% torpaqlarımızı işğal edib, 1 milyondan çox əhalimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşmələrinə səbəb olmuşdular. Nə BMT-nın qəbul etdiyi 4 qətnamə, nə də ki, ATƏT-in Minsk qurupunun üzdəniraq sülh yaratma səyləri heç bir nəticə verməmişdir. Yalnız Ali Baş komandan İlham Əliyevin mətin iradəsi ilə Azərbaycan ordusu bu missyanı şərəflə yerinə yetirmiş oldu”.
7.Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında şərh etdiyi təhlükəsiz inkişaf strategiyası güclü dövlət quruculuğunun əsas məqamları və prinsipləri kimi müəyyənləşdirilə bilərmi? Fikirlərinizi əsaslandırmağınızı xahiş edirik.
“Bütövlükdə heç bir güclü dövlət təhlükəsiz inkişaf strategiyası olmadan mövcud ola və ya beynəlxalq arenada öz yerini tutub, həlledici rola sahib ola bilməz. Cənab Prezident Azərbaycanin tarixi inkişafına nəzər yetirərək, bir sıra məqamlarda zəruri prinsipləri xatırlatdı. Fikirimizcə, burada özünə inam, dövlətçiliyin qorunması ümdə vəzifələrdən biridir”.
“İlham Əliyev tərəfindən təhlükəsizliyin inkişafı stategiyası kimi müstəqilliyin və suverenliyin qorunmasınada iqtisadi müstəqilliyin, güclü hərbi potensialın və milli imkanlardan səmərəli istifadənin müəyyənləşdirilməsi olduqca uğurlu stategiyadır. Çünki güclü dövlət quruculuğunun əsasını milli maraqlara uyğun müstəqil siyasət, təhlükəsizliyin təmin olunması və ölkənin iqtisadi-siyasi dayanəqlığının möhkəmləndirilməsi təşkil edir”.
“VIII Qurultayda prezident İ.Əliyevin irəli sürdüyü təhlükəsiz inkişaf strateqiyasını güclü dövlət quruculuğunun əsas prinsiplərindən biri hesab etmək olar. Qurultayda bu istiqamətdə aşağıdakı hədəflər göstərilmişdir:
- Hərbi və milli təhlükəsizliyə büdcə dəstəyi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi;
- İdeoloji təhlükəsizlik;
- Gənc nəsildə vətənpərvərlik hisslərinin tərbiyə edilməsi;
- İqtisadi müstəqillik;
- Böyük Qayıdış;
- Müstəqil, balanslı xarici siyasət”.
“Milli-təhlükəsizliyinin təmin edilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və müasir dövlətçilik prinsiplərinin inkişafı baxımından Azərbaycanın təhlükəsiz inkişaf strateqiyasının və güclü dövlət quruculuğunun əsas istiqamətləri kimi müəyyənləşdirilə bilər”.
“Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında hərbi gücün və təhlükəsizlik məsələlərinin gələcəkdə də dövlətin bir nömrəli prioriteti olacağını vurğuladı. Bu, bir neçə mühüm geosiyasi, hüquqi və tarixi faktorlara əsaslanır:
a) beynəlxalq hüququn böhranı və güc faktoru;
b) regional münaqişələr və təhlükəli ətraf mühit;
c) Ermənistan faktoru və “tarixi unutmamaq” zərurəti;
d) Ordunun çəkindiriçi rolu və təxribatların qarşısının alınması”.
“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında irəli sürdüyü təhlükəsizlik inkişaf strategiyası dövlət quruculuğunun əsas prinsiplərini əks etdirir. Bu prinsiplərə milli təhlükəsizləyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, güclü ordu quruculuğu və xalqın rifahının yüksəldilməsi daxildir. Bu amillər dövlətin davamlı inkişafına yönəlmişdir”.
Azərbaycanın strateji inkişaf kursunun həyata keçirilməsi ardıcıllıqla davam edir. Bu, “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənətdə təsbit edilmişdur. Azərbaycan 2030-cu ilə qədərki strateji inkişaf kursu iki məqamı özündə birləşdirir.
1. Milli maraqları nəzərə almaqla Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri siyshısına yüksəlmək”
2. BMT-nın qəbul etdiyi 17 strateji inkişaf istiqamətinə uyğunluğa nail olmaq.
Bu iki məqamın sintezi Azərbaycanın milli, müstəqil, demokratik, güclü dövlət olmasının, inkişaf etmiş vətəndaş cəmiyyətinə çevrilməsi və güclü yaradıcılıq qabiliyyəti olan millətin formalaşmasını təmin etməlidir.
Proqram xarakterli bu çıxış, düzgün strateqiya, məntiqli metodlar, prinsipial mövqeni əks etdirir. Təhlükəsiz inkişaf strategiyası hərtərəfli dövlət siysətidir.
8. Vətən müharibəsində “xalq və iradəli lider birliyinin” fəlsəfəsini necə şərh edərdiniz?
Əvvəlki cavablarda olduğu kimi, bu cavabda da dövlət idarəçiliyində lider amilinin başlıca təsirqüvvəsi olduğunu qeyd edən ekspertlər, İlham Əliyevin xalqla birliyini Azərbaycanın gələcək inkişafının əsas istiqaməti kimi şərh edirlər.
“Vətən müharibəsində xalqın iradəli lider birliyi milli qürurun, ədalətin və həmrəyliyin təməlində dayanan fəlsəfi-siyasi fenomendir. Bu birliyin əsas fəlsəfi istiqamətləri aşağıdakılardır:
- Ümummilli ideya və ədalətin bərpası;
- Iradəli liderin qətiyyəti;
- Xalqın dəstəyi;
- Ordu-xalq-lider üçlüyünün vəhdəti;
- Qlobal həmrəylik;
- Mənəvi-psixoloji qələbə”.
“Vətən müharibəsində xalq-lider birliyi, milli həmrəyliyin, dövlətə inamın və vahid məqsəd uğrunda səfərbərliyin təcəssümü kimi Azərbaycanın Vətən müharibəsindəki böyük qələbəsində mühüm rol oynadı”.
“Xalq və iradəli lider birliyinin” fəlsəfəsini ekspertlər belə şərh etmişlər: “...prinsipial mövqe, etibarlı tərəfdaş, güclü iqtisadiyyat, balanslı siyasət və s. çevik və şəffaf idarəçiliklə bağlı gələcəyə yönəlik islahatların davam etdirilməsi.
Vəhdət – xalq, ordu, dövlət sarsılmaz birlik, humanist düşüncə, əsaslı dünyagörüş, məntiqli yanaşma, gələcəyə istiqamətlənmiş siyasət”.
“Vətən müharibəsində xalq və lider birliyi fəlsəfəsi milli həmrəylik və amal uğrunda birləşmək prinsipinə əsaslanır. İlham Əliyevin rəhbərliyi, ordunun qəhrəmanlığı və xalqın birliyi qələbənin əldə olunmasınada mühüm rol oynadı. Sonradan bu birlik “Dəmir yumruq” rəmzi ilə ifadə olundu”.
“44 günlük müharibə xalqın nə qədər vətənpərvər, nə qədər iradəli, gözü tox, vətən üçün hər an canından keçməyə hazır olduğunu, “əzimkar fəlsəfəsini” sətir-sətir bizə oxutdu. Prezident İlham Əliyevin müharıbə dövründə göstərdiyi səbr, mətanət, əzimkarlıq, hazırlıqlı strategiya performansı ömrüm boyu yadımdan çıxmaz. Hər şeydən əvvəl mən onun xarici siyasətçilərə və media mənsublarına verdiyi müsahibələri dövlətçilik tariximizin qızıl fonduna düşən mənəvi sərvət adlandırıram”.
“Xalq-lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Bu birlik illərlədir mövcuddur və müstəqil dövlətin nailiyyətinin əsasını təşkil edir.
Bu birlik xüsusi ilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadır. Prezident, müzəffər Ali baş komandan İlham Əliyevin çağrışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi”.
“Xalq və iradəli lider birliyinin” fəlsəfəsi 44 günlük vətən müharibəsi və 2023- cü il antiterror əməliyyatları zamanı göründü. 30 il ərzində Azərbaycan xalqının ən böyük arzusu torpaqların işğaldan azad edilməsi olmuşdur. Liderin dəmir iradəsi diplomatik zəkası və hərbi strategiyası xalqın bu istəyi ilə birləşdi. Nəticədə xalq ordunun və Ali Baş komandanın ətrafında bir yumuruq kimi birləşərək tarixi zəfərə imza atdı. Bu, iradə birliyinin nələrə qadir olduğunun ən böyük sübutudur.
“Xalq və iradəli lider birliyinin” fəlsəfəsində biri olmadan digəri ola bilməz. Biri məzmun digəri isə formadır. Hər iki anlayış arasında dialektik vəhdət var. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbə və suverenliyin bərpası ölkəmizin tarixində mühüm mərhələdir.
Ümummilli Lider Heydər Əliyevin siyasi varisi olan cənab İlham Əliyev möhkəm təməllər əsasında polad iradəsi ilə Azərbaycan xalqını “Dəmir yumruğa” çevirə bildi. Düşmənin növbəti təxribatlarina cavab olaraq, Azərbaycan Respublikasının Ali Baş Komandanı Azərbaycan Ordusu və xalqının birliyini, xalq iqtidar birliyinin təcəssümünü əməli olaraq gerçəkləşdirdi. Bir müharibə iştirakçısı kimi deyə bilərəm ki, YAP-nın üzvü olaraq bu döyüşlərdə iştirak etmək, Ali Baş Komandanin əmrlərini yerinə yetirmək, Vətən torpaqlarının işğaldan azad edilməsində iştirak etmək və Müzəffər ordunun mənsubu kimi medallarla təltif olunmaq şərəfi həmişə məni qürurlandırmaqdadır. Arzu edirəm ki, bu qələbələrimiz əbədi olub, dövlətçiliyimiz və suverenliyimiz daimi olsun. Yaşasın Ali Baş Komandan, Müzəffər Prezidentimiz cənab İlham Əliyev! Yaşasın Muzəffər Ordumuz və böyük, şanlı Azərbaycan Milləti!
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin
müdiri, sosiologiya elmləri doktoru Səadət Məmmədova

