19.11.2026, 10:06 - Baxış sayı: 7

“Azərbaycan – Gürcüstan siyasi-diplomatik münasibətləri XX əsrin əvvəllərindən günümüzə” mövzusunda dəyirmi masa keçiriləcək


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin təşkilatçılığı ilə 27 noyabr 2026-ci il tarixində saat 11:00-da İnstitutun Akt zalında Azərbaycan Respublikası – Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 34-cü ildönümünə həsr olunmuş “Azərbaycan – Gürcüstan siyasi-diplomatik münasibətləri XX əsrin əvvəllərindən günümüzə” mövzusunda dəyirmi masa keçiriləcəkdir. Məruzəçilər: Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacıyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli.