Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq


 Şöbə müdiri,psixologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynova Südabə Novruzəli qızı

Azərbaycan Milli Elmlər Akademiyasının 11 fevral 2025-ci il tarixli 15 saylı Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsi yaradılmışdır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsinin əsas tədqiqat istiqamətləri:

· Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya olunmuş azərbaycanlıların tarixi-sosial yaddaşı və mədəni irsinin fəlsəfi-sosioloji təhlili;

· Qərbi Azərbaycana qayıdış ideyasının ictimai şüurda, milli kimlikdə və kollektiv yaddaşda rolu və etnofəlsəfi, etnopsixoloji əsasları;

· Ermənistanın etnik təmizləmə və məskunlaşdırma siyasətinin ideoloji, fəlsəfi və psixoloji aspektləri;

· Erməni milli ideologiyasının və mifologiyasının fəlsəfi və sosioloji analizi;

· Ermənilərin azərbaycanlılara qarşı apardıqları tarix və mədəniyyət saxtakarlıqlarının elmi araşdırılması və ifşası;

· Qərbi Azərbaycan probleminin regional və qlobal kontekstdə fəlsəfi və sosioloji qiymətləndirilməsi;

· Qayıdış konsepsiyasının beynəlxalq hüquq, sosial ədalət və humanitar dəyərlər kontekstində nəzəri əsaslandırılması.

               · Ermənistanda baş verən sosial-iqtisadi, siyasi, mədəni proseslərin, eyni zamanda Ermənistanın xarici siyasətinin Azərbaycan Respublikasına təsirləri. 

                Şöbədə 6 əməkdaş çalışır, onlardan 3-ü fəlsəfə doktorudur.