RƏQƏMSAL SOSİOLOGİYA VƏ SOSİOLOJİ TƏDQİQATLAR
Şöbə müdiri - s.e.d., dosent Səadət Davud qızı Məmmədova
“Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar” şöbəsi sosiologiyanın nəzəri, metodoloji və tarixi aspektlərini, və bilavasitə rəqəmsallaşma prosesinin cəmiyyətə və sosial münasibətlərə təsiri xüsusiyyətlərini tədqiqat obyekti olaraq müəyyənləşdirən rəqəmsal sosiologiyanın aktual problemlərinin araşdırılması istiqamətində fəaliyyət göstərir. Şöbə klassik və müasir sosioloji bilkilərin inkişafını tədqiq edir. Müasir rəqəmsallaşan cəmiyyətdə sosial transformasiyanın fərdi, şəxsiyyət, sosial qrup və sosial institutlar, cəmiyyət səviyyəsində təsiri və nəticələrinin öyrənilməsini əsas prioritetlər olaraq müəyyən etmişdir. Şöbədə yerinə yetirilən tədqiqatlar həm də milli sosiologiya elminin zənginləşdirilməsi və tətbiqi sosial tədqiqat mərkəzləri ilə elmi-praktiki əlaqələrinin dərinləşdirilməsinə xidmət edir. Strateji məqsəd isə Sosiologiya elminin davamlı inkişafını təmin edən, müasir elmi tələblərə cavab verən kompleks yanaşmaların tətbiqidir.
Şöbə əməkdaşları Azərbaycanda sosiologiyanın aktual problemlərini müqayisəli şəkildə araşdıraraq qlobal elmi müzakirələrə töhfə verməyi qarşıya məqsəd qoyurlar. Regionun sosial problemləri, rəqəmsallaşma prosesinin inkişaf qanunauyğunluqları, sosial norma və dəyərlərə təsiri imkanları ilə bağlı araşdırmalar aparılaraq, bu yöndə yeni elmi yanaşmalar formalaşdırılır. Azərbaycanda Rəqəmsal Sosiologiya elminin aktual problemlərinin elmi əsaslarla təqdim edilməsi, milli sosioloji irsin zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Şöbə həmçinin beynəlxalq elmi əməkdaşlıqların qurulmasına, konfranslarda və nüfuzlu jurnallarda elmi biliklərin yayılmasına aktiv şəkildə cəlb olunur. Planlaşdırılan fəaliyyətlər, rəqəmsallaşma ilə bağlı cəmiyyətimizdə baş verən çoxaspektli sosial dəyişikliklərin, rəqəmsal sosial reallığın obyektiv tədqiqinə, eləcə də müasir elmi çağırışlara uyğun araşdırmaların aparılmasına xidmət edir.