26.02.2021, 19:14 - Baxış sayı: 465

Xocalı soyqırımı milli-qlobal faciə kimi


Hüseyn İbrahimov
Fəlsəfə üzrə fəlsəfə doktoru

Xocalı soyqırımından 29 il ötür. İlbəil Xocalı faciəsi qurbanlarının əziz xatirəsi dünyanın daha çox ölkəsində ehtiramla anılır. Ermənistanın genosid siyasəti pislənilir. Ermənistan dövlətinin törətdiyi bu faciə əsrin faciəsi olmaqla həm də ən ülvi bəşəri dəyərlərin əzilməsi məhv edilməsinə yönələn addım idi. Həm də bu baxımdan faciə qlobal olmaqla dünya dövlətləri, cəmiyyətləri tərəfindən ehtiramla yad edilir. Xocalı soyqırımının baş verdiyi dövr ölkəmizin müstəqillik ideallarının artması bütünlükdə bir çox xarici eyni zamanda bəzi daxili (təssüf) qüvvələri narahat edirdi. Düşmən qüvvələr bütün gücü ilə Azərbaycan daxilində separatizmin dərinləşdirilməsinə çalışırdılar. Xalqımızın müstəqillik ideallarını ideoloji –milli birlik addımlarını dayandırmaq pozmaq niyyəti ilə fəaliyyət göstərirdilər. Qeyd etdiyimiz kimi ermənliər zaman-zaman öz separatçı niyyətlərini Azərbaycanın içərilərinə doğru yeritməyə çalışmışlar. XX əsrin sonlarında onlar öz separatçı cəhdlərini genosidə çevirib Respublikamızın Dağlıq Qarabağ ərazisindəki azərbaycanlılara qarşı soyqırım törətdilər. Lakin onlar öz havadarları ilə Azərbaycanın müstəqillik ümidlərini sındırmağa müvəffəq ola bilmədilər. Ulu Öndər tərəfindən təməl prinsipləri güclü ənənələrə və bəşəri ülvi dəyərlərə söykənən Azərbaycan, son 25 il müddətində regionun ən qüdrətli dövlətlərindən birinə çevrilə bildi. Məhz bunu nəticəsi idi ki, Azərbaycanın başladığı ədalət savaşında qalib oldu.
Dünya ictimaiyyəti bu gün Xocalı soyqırımını həm də bəşəriyyətə qarşı təhdid kimi qiymətləndirir.
Xocalı faciəsi, xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərki prosesində düşməni tanımaq ona qarşı hər zaman ayıq olmagın vəhdəti günü kimi də əbədiləşmişdir.. Ən yeni tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideya təfəkküründə dərin əbədi izlər qoyub. Bu silsiləyə tarixi qələbələrimizlə bərabər, faciəli anları unutmamaq kimi məqamlar da daxildir. Xocalı faciəsi qurbanlarının vətən sevgisi azadlıq şüarlarını müstəqilliyimizin əbədi paradiqmasına çevirdi. Elmi ədəbiyyatda çox zaman soyuq müharibənin bitməsi kimi xarakterizə olunan bu dövr (1989-91) həm də, soyuq müharibə qarşıdurması dinamikasında kulminasiya həddi kimi də qiymətləndirə bilər. Məhz bu kulminasiya həddində baş verən yeni partlayış dalğası ilə bir çox xalqlara qarşı təhdidlər dövrü müşahidə edilirdi. Xocalı faciəsi də məhz belə bir dövrdə xalqımıza qarşı törədilmiş faciəli hadisə oldu. Müqayisəli metodlarla biz bir neçə məsələnin bu prosesdə şahidi oluruq; dünyada qlobal meyllər yeni dalğa ilə başlanır, keçmiş SSRİ dağılır, müstəqil respublikaların yaranması prosesi artır, xalqlar sovet insanı təfəkkürünü daşımaqdan imtina edərək milli özünüdərk prosesləri mərhələsinə qədəm qoyurlar. Xalqların milli özünüdərk, milli özünüidarə prosesinə daxil olması, həm sovet rəhbərliyinin müəyyən dairələri, eyni zamanda digər xarici yeni siyasi qüvvələr tərəfindən qəbul edilməz olur və s. İqtisadi-coğrafi, geosiyasi amillərin həssas nöqtəsi olan Azərbaycana, dünya maraqları həm çökməkdə olan sovet ittifaqı, həm də diğər istiqamətlərdən daxil olmağa başlayırdı. Azərbaycana qarşı həm də gizli və açıq yollarla ərazi iddiaları planları qurulur, mürəkkəb, həm də tarixi təzadlarla dolu bir dövr başlanırdı. Tədqiqatlara əsasən Istənilən soyqırım faciəsinin törədilməsində xaricı amilləri üzə çıxarmaq mümkündür. Ancaq hər hansı bir faciənin yenidən baş qaldırmamasının əsasında məhz faciəni törədən subyektin hədəfə alınması strategiyası durur. Bu strategiyanın həm də ideoloji səviyyədə qəbul edilməsi onun qlobal əhəmiyətini artıra və dünyada bir daha bu kimi faciələrin baş verməməsini şərtləndirə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində demişdir: “O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir və birbaşa Ermənistan dövləti tərəfindən təşkil olumuşdur”. Dövlət başçımızın bu tezisində Ermənistan dövlətinin bu faciəni törədən başlıca subyekt olması bir daha təsdiqlənir. Həmçının, ideoloji hədəflərimizin dəqiqliyini isbat edir. Bu dövrdə Azərbaycan xalqı öz müstəqilliyini, keçmiş sovet respublikaları sistemindən ayrılmaq istəyini ortaya qoymaq yolunda, həm də Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən təhdidlərinə cavab olaraq bir araya gəlmişdi. Ermənilər həmişə oduğu kimi bu dəfə də separat düşmən niyyətlərini ortaya qoyaraq nəinki regionda özləri üçün eləcə də dünyada özlərinı XX əsrin faciəəsinin səbəbkarı kimi tanıtmış oldular. Müqayisələr göstərir ki, insanların müstəqillik, azadlıq, vətənpərvərlik uğrunda bir araya gələrək verdikləri qurbanlar, bu zaman yaşadıqları faciələr gələcək nəsillər üçün qürur, iradə, ideoloji prioritet prinsiplərini də təsnifatlandırır. Bu gün həmin hadisəni anan hər bir Azərbaycan vətəndaşı-uşaqdan yaşlısıya hər birinin qəlbində bir amal yaşayır: Azərbaycan-azərbaycançılıq, vətən-vətəndaşlıq, dövlət-dövlətçilik, milli iftixar- milli qürur. Deməli, bu kimi prioritet amalları özündə yaşadaraq tarixiləşən faciə qurbanları həmişə iftixar yerimiz, həmin hadisə isə anım günümüz, hüzn günümüz olmaqla bərabər məqsədlərimizin, dövlətçiliyimizin, azərbaycançılığımızın gələcək uğurları, gələcək möhkəmliyinin ideoloji təməl prinsiplərində dayanmışlar. Xocalı faciəsi eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı mübarizəsində əzmkarlıq nümunəsidir. Bu gün 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərimiz Ali Baş Komandanımızın iradəsi fəaliyyəti və ordumuzun qüvvəsi ilə işğaldan azad edildi. Ötən illər ərzində biz işğal edilmiş hər bir rayonumuzun xatirəsini yad edərək, düşməni məğlubiyyətə, xalqımızı qələbəyə səsləyən böyük inamın, arzu və niyyətin şahidi idik. Bu ülvi arzular içərisində Xocalı faciəsinın dünyada tanınması , düşmənin doğma ərazilərimizdən çıxarılması məsələsinı də aktual etmişdir. Müasir mərhələdə Xocalı faciəsi ətrafında ölkəmizin ədalət çağrışı, Xocalı faciəsinin anımı,böyük hərəkatə çevrilə bildi.Artığ bu gün Ermənistan cəmiyyətinin bəzi dairələri də faciədə Ermənistan hakimiyyətinin günahlarını etiraf edirlər. Milli birlik, vətənə məhəbbət,tərəqqipərvər gənclik anlayışlarının reallaşması əsasında uğur və qələbələrlə bərabər, tarixi məqamların da dayandığı danılmazdır. Xocalı faciəsi bütün xalqımızı düşmənə nifrət əsasında birləşdirərək dəmir yumruğun gücünü artırdı və bu iradənin gücü- dəmir yumruqla düşmənin başını əzdi. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bütün dünyada anılır və anılacaqdır.