AZƏRBAYCAN FƏLSƏFƏ TARİXİ


Şöbə müdiri -

Hacıyeva Arzu Əşrəf qızı Fəlsəfə üzrə elmlər doktoru,
1929-cu ildə təsis edilən və müasir Azərbaycan Elmlər Akademiyasının sələfi olan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda fəlsəfə şöbəsi də açılmışdı ki, ona nəzəri fəlsəfə, ictimai elmlərin və pedaqogikanın metodologiyası bölmələri ilə yanaşı fəlsəfə tarixi bölməsi də daxil idi. Fəlsəfə tarixi bölməsi şöbəyə çevrilərək həmin vaxtdan etibarən fasiləsiz olaraq müvafiq elmi qupumların, o cümlədən 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının müvafiq institutlarının (hazırda AMEA Fəlsəfə institutu) nəzdində fəaliyyət göstərir.
«Fəlsəfə və ictimai fikir tarixi» şöbə çoxəsrlik Azərbaycan mənəvi mədəniyyətinin tədqiq və təhsil sahəsində ənənələrini davam etdirərək fəlsəfə və fəlsəfi elmlərdən olan məntiq, psixologiya, etika, estetika, cəmiyyətşünaslığın tarixi ilə bağlı məsələlərin tədqiqi və tədrisini həyata keçirmiş və bu sahədə çoxlu kadr hazırlamışdır.
Respublikada XX əsrin 30-cu illərindən indiyədək Qədim Şərq, Qədim Yunanıstan, Orta əsrlər, Yeni və Ən yeni dövr Qərb, rus, marksist fəlsəfəsi, 50-ci illərdən isə müntəzəm və sistemli şəkildə araşdırılmağa başlayan Azərbaycan və Şərqin İslam bölgəsi fəlsəfəsinin, həmçinin Qərb ölkələrinin, o cümlədən XX əsr fəlsəfəsi tarixi məsələləri şöbənin tədqiqat obyektləridir.
Ötən illər ərzində həmin sahələrdə Azərbaycan tədqiqatçıları çoxlu monoqrafiyalar, elmi məqalələr dərc etdirmiş, böyük sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişlər. Fəlsəfə tarixinin konkret problemləri üzrə tədqiqatların böyük bir qismi adətən onların mənsub olduqları bölgələrin sosiomədəni kontekstində, digər bir qismi isə bölgələrarası – Şərq-Qərb kontekstində aparılmışdır. Nəzəri-metodoloji məsələlərin fəlsəfə tarixinin konkret problemlərinin şərhi ilə əlaqələndirilməsi, sintezi bu tədqiqatların səciyyəvi cəhətlərindəndir.
AMEA Rəyasət heyətinin 18 yanvar 2017-ci il tarixli 1/16 qərarı ilə şöbənin adı “Azərbaycan fəlsəfə tarixi” olaraq dəyişdirilmişdir. Fəlsəfə İnstitutunun 1 may 2017-ci il tarixli 137 nömrəli əmri ilə fəaliyyətə başlamışdır.
Şöbədə 3 baş e.i., 4 a.e.i., 1 b.e.i., 2 e.i., 1 k.e.i., 2 böyük laborant olmaqla 13 əməkdaş çalışır. Onlardan 4 nəfəri f.e.d., 5 nəfəri isə f.ü.f.d.-dur. Həmçinin 2 may 2017-ci il tarixdə AMEA – nın ümumi yığıncağında şöbənin baş.e.i. f.ü.e.d. K.Bünyadzadə Rəyasət Heyətinin seçkilərlə bağlı Qərarına əsasən elm və ali təhsil müəssisələri tərəfindən AMEA-nın fəlsəfə sahəsi üzrə müxbir üzvü seçilmişdir.