MÜHASİBAT


    İllik maliyyə hesabatlarının tərtib olunması,Vergilər Nazirliyinə , Dövlət Sosial Müdafiə Fonduna , Statistika Komitəsinə, AMEA Maliyyə-İqtisad və mühasibat uçotu şöbəsinə, Maliyyə Nazirliyinə , Əmlak Komitəsinə təqdim olunması, əmək haqqlarının və məzuniyyətlərin hesablanması, institutun əsas vəsaitlərinin və azqiymətli materiallarının alınması və uçotu ,inventarizasiyası , xəstəlik vərəqələrinin və uşaq müavinətlərinin hesablanması, ödəniş tapşırıqlarının xəzinədarlıq orqanına və banka təqdim olunması, plastik kartların sifarişi, institutun elmi mövzularının maliyyə uçotunun aparılması, smeta və ştat cədvəllərinin tərtibi , Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında 1 illik məlumatın hazırlanması, növbəti hər 3 il üçün büdcə proqnozunun işlənməsi, büdcə və büdcədənkənar vəsaitlərin uçotu və məqsədyönlü xərclənməsi mühasibat tərəfindən yerinə yetirilən işlərdir.

    Babayeva Güldanə Fəti qızı - institutun Baş mühasibi.
    1956-cı il Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib.
    Əmək fəaliyyətinə 1973-cü ildə Elmlər Akademiyası Coğrafiya İnstitutunda başlayıb 1992-ci ilə qədər mühasib, böyük mühasib, baş iqtisadci vəzifələrində çalışıb.
    1992-ci ildən 2002-ci ilin iyun ayına qədər AMEA İctimai-Siyasi Tədqiqatlar və informasiya institutunda baş mühasib işləyib.
    2002-ci ilin iyulundan hazırki vaxta qədər AMEA Fəlsəfə İnstitutunda baş mühasib vəzifəsində işləyir.
    Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi var.
    Ağayarova Afət Ələskər qızı 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universtitetini bitirmişdir. 2004-cü ildən AMEA Fəlsəfə İnstitutunda baş iqtisadçı vəzifəsində çalışır.
    Adıgözəlova Təhminə Fəti qızı 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirmişdir. 2003-cü ildən AMEA Fəlsəfə İnstitutunda işləyir. 2009-cu ildən mühasib kimi çalışır.
    Hüseynova Rəhimə Allahqulu qızı 1949-cu ildə Bakı səhərində anadan olmuşdur. Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1996-cı ildən AMEA Fəlsəfə instutunda mühasib vəzifəsində çalışır.