04.04.2024, 07:25 - Baxış sayı: 269

Gənc alim Günel Məlikli “ЛИДЕРСТВО КАК ФИЛОСОФСКО-ПСИХОЛОГИЧЕСКИЙ ОБЪЕКТ” mövzusunda çıxış etdiyinə görə sertifikatla təltif edilib


Gənc alim Günel Məlikli “ЛИДЕРСТВО КАК ФИЛОСОФСКО-ПСИХОЛОГИЧЕСКИЙ ОБЪЕКТ” mövzusunda çıxış etdiyinə görə sertifikatla təltif edilibRusiyanın Voronej şəhərində “Effektiv Tətbiq Cəmiyyətin Sualları və Elmi Potensiali” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin məqaləsi konfrans materiallarında çap olunub. Konfransda Günel Məlikli “ЛИДЕРСТВО КАК ФИЛОСОФСКО-ПСИХОЛОГИЧЕСКИЙ ОБЪЕКТ” mövzusunda onlayn çıxış etdiyinə görə sertifikatla təltif edilib. Çıxışında gənc alim liderlik problemi müasir dünyada intensivliyi artan sistemli sosial-mədəni və siyasi transformasiyalar dövründə ən aktual problemlərdən olduğundan danışıb. Liderlik probleminin öyrənilməsinin vacib aspektinə müraciət etmək və psixoloji və fəlsəfi kateqoriyalar sistemində liderliyin yerini müəyyənləşdirmək son dərəcə vacib amil olduğunu bildirib. Liderliyin tipologiyasını ayırd etmək olar: psixoloji davranışına görə və s. Mürəkkəb və mühüm sosial hadisə olan lider amili bir çox hallarda konkret xalqın gələcək taleyini, onun inkişaf yolunu müəyyən edən əsas amilə çevrilir. Tarix göstərir ki, dünya ölkələri arasında dövlətin tanınması xalqın seçdiyi layiqli lider amilindən asılıdır.- deyə, Günel Məlikli vurğulamışdır.
Gənc alim Günel Məlikli “ЛИДЕРСТВО КАК ФИЛОСОФСКО-ПСИХОЛОГИЧЕСКИЙ ОБЪЕКТ” mövzusunda çıxış etdiyinə görə sertifikatla təltif edilib