17.11.2023, 09:35 - Baxış sayı: 153

“Süni intellekt fəlsəfəsinin mənəvi etik konteksti” mövzusunda beynəlxalq konfrans keçirilib

“Süni intellekt fəlsəfəsinin mənəvi etik konteksti” mövzusunda beynəlxalq konfrans keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ümumdünya Fəlsəfə Günü ilə bağlı keçirilən beynəlxalq konfransın ikinci günündə konfrans “Süni intellekt fəlsəfəsinin mənəvi etik konteksti” mövzusunda öz işini davam etdirib.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutun baş direktoru f.e.d., professor İlham Məmmədzadə “Süni intellekt və fəlsəfə” mövzusunda çıxış edərək bu sahədə bir sıra məsələləri qeyd etmişdir: “Süni intellekt bir problem kimi bir çox elmi araşdırmaların aktual mövzusu olmuşdur. Əlbəttə, filosofları süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri maraqlandırır. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyi, hansı problemləri aktuallaşdırdığı və nəticədə fəlsəfənin necə dəyişdiyi əhəmiyyət kəsb edir. Prinsipcə, süni intellekt kompüter sistemləri və proqramlarına, rəqəmsal texnologiyalara, qeyri-səlis və qeyri-konkret məlumatlar əsasında işləmə və nəticələrə, biliklərdən istifadə və onların toplanmasına aid ideyalara, tədrisə, yəni insan intellektinin funksiyalarının əvəzləməsi deyilən proseslərə aid olan bütün fenomenlərdir. Etiraf etmək lazımdır ki, çox vaxt filosoflar bu problemlər barəsində düşüncələrində gənc nəsli “kompüterlərin, internetin vurduğu zərərdən müdafiə edən ekspertlər kimi çıxış edirlər. Ancaq aydın olur ki, əhəmiyyət daşıdığına baxmayaraq bu funksiya bütün fəlsəfə üçün kifayət etmir”.
Həmçinin məruzəsində İlham Məmmədzadə fənlərarası fəlsəfi yanaşmalara və tarixi yaddaş probleminə toxunub.
Konfrans yerli və xarici alimlərin çıxışları ilə davam edib. Yıldırım Bəyazit Universitetinin müəllimi doktor Mehtap Doğan “Yapay zəka: özgür irade ve etik”, f.e.d., professor Rəna Mirzəzadə “IV sənaye inqilabı: Süni intellekt dövlətlərin milli strategiyalarında”, f.e.d., Arzu Hacıyeva “Hubert Dreyfus: süni intellektin skeptiki və tənqidçisi”, f.e.d., professor Adil Əsədov “Sünu intellekt rəqamsal incəsənətin əsası kimi”, f.e.d. Füzuli Qurbanov “Süni intellekt və elmlərarası əlaqələr: fəlsəfi-elmi yanaşma”, institutun elmi işçisi Rizvan Abbasov “Süni intellekt ictimai rəyi təhrif vasitəsi kimi”, f.ü.f.d. Samirə Dadaşova “Süni intellektin fəlsəfəsi və yaddaş” mövzularında çxış etdilər.