12.06.2023, 06:19 - Baxış sayı: 207

“Türk dünyasının təməl dəyərləri” mövzusunda müzakirə oturumu keçirilmişdir


“Türk dünyasının təməl dəyərləri” mövzusunda müzakirə oturumu keçirilmişdir10 iyun 2023-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Türk dünyasının ikinci kitab və mədəniyyət festivalı” çərçivəsində “Türk dünyasının təməl dəyərləri” mövzusunda müzakirə oturumu keçirilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin moderatorluğu ilə keçirilən panel oturumda E.Mədətlinin “İran türkləri – türk dünyasının mühüm parçası”, akademiyanın müxbir üzvü Könül Bünyadzadənin “Türk dünyasında qılınc və qələmin vəhdəti”, f.ü.f.d., dosent Faiq Ələkbərlinin “Türk dünyasının fikir və əməl babaları”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Türk dünyasının siyasi liderləri və türk Birliyi”, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadənin “Türk dünyasında türklük ideologiyası” mövzusunda məruzələri dinlənilmişdir.
Oturum panelinə yükun vuran E.Mədətli Türk dünyasının hazırkı mərhələyə yetişməsində Ulu Öndər Heydər Əliyevin xüsusi rolunu, onun Azərbaycan və Türkiyəyə “Bir millət, iki dövlət” düsturunun digər türk xalqları və dövlətləri üçün də bir yol çıxarğı rolu oynadığını və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu sahədə Heydər Əliyevin siyasətini uğurla həyata keçirdiyini vurğulamış, xalqlarımızın təməl dəyərləri üzərində birgə əmkdaşlığın və könül birliyinin daha da möhkəmlənməsində mədəniyyət və kitabın əhəmiyyətini qeyd etmişdir.