MÜASİR FƏLSƏFƏ PROBELMLƏRİ
Şöbə müdiri: fəlsəfə elmləri doktoru, professor Əli Abasov
“Müasir fəlsəfənin problemləri və gender tədqiqatları” şöbəsi AMEA Rəyasət Heyətinin 18 dekabr 1998-ci il fərmanı ilə yaradılmış və 2009-cu ildən dəyişdirilərək “Müasir fəlsəfənin problemləri” adlandırılmışdır. Şöbənin elmi-tədqiqat fəaliyyəti Azərbaycana xas olan Şərq və Qərb dəyərlərinin qarşılıqlı əlaqəsi çərçivəsində klassik, qeyri-klassik və postqeyri-klassik idrak formalarının, qloballaşma dövründə keçid mərhələsindəki dövlət və cəmiyyətlərin mənəvi, sosiomədəni və siyasi proseslərinin, informasiya inqilabı və postmodernizmin təhlilində müasir fəlsəfi konsepsiya və paradiqmaların tətbiqinə və hazırlanmasına yönəlmişdir.
Şöbədə həmçinin sinergetika, gender, fənlərarası tədqiqatlar, elmlərin konvergensiyası, sülh mədəniyyəti, “canlı tarix” və digər müasir idrak istiqamətlərinin fəlsəfi problemləri ilə əlaqədar tədqiqatlar aparılır. Elmi fəaliyyətin xüsusilə genderin fəlsəfi problemlərinin həllinə yönəldilməsi, bir çox xarici və yerli gender araşdırma mərkəzləri ilə əlaqəsi olan müxtəlif təhsil müəssisələrində gender maarifçiliyi proqramlarının tətbiqinə, konfrans və seminarların keçirilməsinə, yanlız nəzəri deyil, gender bərabərliyi ideyasının geniş təbliği ilə məşğul olan Azərbaycan məktəbinin yaradılmasına şərait yaratmışdır. Gender üzrə dərslikləri, nəzəri əsərləri, tarixi materialları, sosioloji tədqiqatları əhatə edən 21 kitabdan ibarət özünəməxsus "Gender Kitabxanası" yaradılmışdır.
Kitablarda Azərbaycan, ingils, rus və türk dillərində məqalələr çap olunmuşdur. Bu kitabxanaya aid olan "Azərbaycanda qadın məsələsi” kitablar silsiləsində XIX əsrin ortalarından bu günə qədər respublikada gender münasibətlərinin tarixi bərpa olunmuşdur. 2005-ci ildə şöbə əməkdaşları ölkədə qadınların problemlərinə həsr olunan BMT-nın Azərbaycan nümayəndəliyinin illik hesabatının hazırlanmasında iştirak etmişlər.
Şöbə 2010-cu ildən başlayaraq MDB və digər xarici ölkələrin bir çox tanınmış tədqiqatçı və filosoflarının iştirak etdiyi müasir fəlsəfənin problemləri üzrə kollektiv monoqrafiyaların çap olunması və konfransların təşkil olunması sahəsində fəaliyyət göstərmişdir. İkinci “Müasir fəlsəfi fikir kitabxanası" silsiləsinə 15 kitab aiddir. İslahatlar fəlsəfəsinə aid olan daha üç kitab çapa hazırlanır.
Şöbədə fəlsəfə elmləri doktoru (2 nəfər) və fəlsəfə üzrə fəlsəfə doktoru (10 nəfər), bir laborant (13 nəfər) işçi çalışır. Yerli və xarici mətbuatda 60-dən çox kitab və 800-ə yaxın məqalə nəşr etdirmişlər.