“Filosofiya o sovremmennosti, istorii i kulture” adlı kitab nəşr olunub
Kitabda müasirliyin əsas məsələlərinin, tarixiliyin, milli ideya və ideologiyanın fəlsəfəsi, multikulturalizm, qarşılıqlı münasibət və s. məsələlərin fəlsəfəsi araşdırılır. Həmçinin mədəniyyətlərin çoxşaxəliliyi və qarşılıqlı təsirinin fəlsəfəsi də tədqiq edilir.
Kitabın redaktoru Rusiya Federasiyası Fəlsəfə İnstitutunun əməkdaşı f.e.d. T.M.Maxmatov, rəyçiləri isə Rusiya Federasiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, f.e.d. A.P.Alekseyev və AMEA Fəlsəfə İnstitutunun əməkdaşı f.e.d. D.M.Müslümzadədir.

