14.10.2026, 14:51 - Baxış sayı: 4

aiq Ələkbərli: “Təəssüf ki, Türkiyədəki bəzi qurumlarda müəyyən insanlar məsələni yanlış yozmağa davam edirlər”


“Cənab Prezident İlham Əliyevin də YAP-ın Qurultayında səsləndirdiyi fikirləri əslində daha çox Türkiyəyə yönəltmək istəyirdilər, ancaq düşünürəm ki, İran adlanan ölkənin və ya onun burda uzantılarının səslənən fikirləri göstərir ki, hədəf doğru seçilmişdir, sadəcə yanlış yerə çəkmək istəyirlər. Təəssüf ki, Türkiyədəki bəzi qurumlarda müəyyən insanlar da məsələni yanlış yozmağa davam edirlər. Ancaq Azərbaycanın öz mövqeyi, milli-maraqları var. Biz milli və dövlət maraqlarımızı ifadə edirik”.

Bu sözləri Pravda.az-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, tanınmış türkoloq alim Faiq Ələkbərli son zamanlar Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması ilə bağlı danışarkən deyib.

O xatırladıb ki, Prezident cənab İlham Əliyev YAP-ın Qurultayında da bunu açıq şəkildə ifadə edib.

F.Ələkbərli qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri normaldır: “Bundan sonra da bu münasibətlər qorunub saxlanılacaq. Bəzi şəxslərin fikir və düşüncələri, məsələni başqa yerə yozmaları mümkün deyil. Bizim üçrəngli bayrağımız öz milli dövlət maraqlarımızın həyata keçirilməsində bariz nümunədir. Hesab edirəm ki, vahid məktəbli geyiminin tətbiqi doğru addımdır. Bəziləri bunu başqa yerə yozub təxribatlar törətmək istəyirlərsə, onlar da layiqli cavablarını alacaqlar”.

pravda.az