09.10.2026, 15:12 - Baxış sayı: 12

Samirə Dadaşova Tartu Universitetinə elmi ezamiyyətdə olmuşdur


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Samirə Dadaşova 7 sentyabr – 7 oktyabr 2026-cı il tarixlərində Estoniyanın Tartu şəhərində yerləşən Tartu Universitetində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyət Estoniyanın Təhsil və Gənclər Departamentinin təqaüd proqramının dəstəyi ilə həyata keçirilmişdir. Ezamiyyətin əsas məqsədi Tartu Universitetində fəlsəfə və etika sahəsində müasir elmi və tədris yanaşmaları ilə tanış olmaq, yeni tədris metodlarını öyrənmək, elmi seminar və müzakirələrdə iştirak etmək, həmçinin süni intellekt, tədqiqat etikası və müasir etik problemlər üzrə bilikləri genişləndirmək olmuşdur.

Ezamiyyət müddətində S.Dadaşova müxtəlif mühazirə və seminarlarda iştirak etmiş, fəlsəfə və etika üzrə akademik müzakirələrə qoşulmuş, universitetin tədris metodları və tələbələrlə iş prinsipləri müşahidə etmişdir. Ezamiyyət çərçivəsində S.Dadaşova aşağıdakı təlim, seminar və akademik tədbirlərdə iştirak etmişdir:

— “Kimə uyğunlaşdırılıb? Süni intellektin müxtəlif dillər və mədəniyyətlər üzrə qiymətləndirilməsi” adlı seminar və s. Bu tədbirlər çərçivəsində süni intellekt və etika, tədqiqat etikası, akademik məsuliyyət, elmi tədqiqatların cəmiyyətə təsiri, təhsil və texnologiyanın qarşılıqlı əlaqəsi ilə bağlı müasir yanaşmalar öyrənilmişdir. Ezamiyyət zamanı əldə edilmiş təcrübənin Azərbaycanda fəlsəfə və etika üzrə tədris və elmi-tədqiqat fəaliyyətində tətbiq edilməsi nəzərdə tutulur. Xüsusilə süni intellekt etikası, tədqiqat etikası, akademik dürüstlük, texnologiya və məsuliyyət mövzularında yeni tədris materiallarının hazırlanması, dərslərdə müzakirə, debat və praktiki nümunələrdən daha geniş istifadə edilməsi planlaşdırılır.