AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda müasir elmin fəlsəfi, sosioloji və etik əsaslarının öyrənilməsilə bağlı sosioloji sorğu keçirilmişdir
XXI əsrdə elmin inkişafı bilavasitə cəmiyyətin inkişaf xüsusiyyətlərini müəyyənləşdirir və elmlə cəmiyyətin əlaqəsi qapalı bir dairəni xatırladır, biri digərini stimullaşdırır və məhz bu qarşılıqlı asılılıq inkişafa təkan verir, yəni nə elm, nə də cəmiyyət müstəqil məfhumlar deyil və ola bilməzlər.
Cəmiyyətin inkişafı elmi biliklərin transformasiyasına gətirir. Sosial tələblərin və tələbatların ödənilməsinə yönələn elm sosial inkişafın mahiyyətini sonadək müəyyənləşdirə və proqnozlaşdıra bilmir. Elm cəmiyyətin inkişafını yalnız yönəldə bilir. İnsanların dərketmə imkanlarının səviyyəsi və fərqliliyi elmi nailiyyətlərin tətbiqi istiqamətlərini dəyişməyə qadirdir. Eyni zamanda, cəmiyyətin hakim dəyərləri və iqtisadi inkişaf xüsusiyyətləri elmin tərəqqisini məhdudlaşdırır. Elmin tərəqqisi bilavasitə elmi yaradıcılıqla bağlıdır və elmi yaradıcılığın məhdudluğu həm fərdi, həm də sosium səviyyəsində tətbiqi biliklərin formalaşmasına və inkişafına səbəb olur. Təcrübi biliklərin konsepsiyalara çevrilməsi isə uzunmüddətli bir prosesdir.
Qeyd edilənlərlə əlaqədar elmin özünün bir sosial institut və sosial proses olaraq, öyrənilməsi xüsusi zərurət kəsb edir.
Bu məqsədlə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda müasir elmin fəlsəfi, sosioloji və etik əsaslarının öyrənilməsilə bağlı sosioloji sorğu keçirilmişdir. Mövzudan çıxış edərək, sorğu bilavasitə fəlsəfə, sosiologiya və etika istiqamətində tədqiqatları olan alimlər arasında aparılmışdır və bu mənada ekspert sorğusu hesab edilə bilər. Lakin burada ekspert sorğusundan fərqli olaraq, qapalı suallardan istifadə edilmişdir ki, bu da alimlərin həm ekspert, həm də seçilmiş respondentlər olaraq sorğu iştirakçısı olmasına şərait yaratmışdır. Ekspert və ümumi sosioloji sorğunun sintezi üzərində qurulan araşdırmada iştirak edənlərin demoqrafik göstəriciləri aşağıdakı cədvəllərdə təqdim edilir:
Alimlərin yaş göstəriciləri:
|
36-45 |
8% |
|
46-55 |
48% |
|
56-65 |
24% |
|
66-75 |
16% |
|
76-dan yuxarı |
|
Bioloji göstəriciləri
|
Kişi |
41,7% |
|
Qadın |
58,3% |
Elmi dərəcə haqqında məlumat
|
Elmlər doktoru |
16,7% |
|
Fəlsəfə doktoru |
83,3% |
Elmi adlar haqqında məlumat
|
Professor |
|
|
Dosent |
100% |
Vəzifə göstəriciləri
|
Müdir |
16% |
|
Baş elmi işçi |
16% |
|
Aparıcı elmi işçi |
44% |
|
Böyük elmi işçi |
16% |
|
Elmi işçi |
8% |
Elmi müəssisədə iş stajınız
|
50 ildən çox |
4% |
|
40 ildən çox |
16% |
|
30 ildən çox |
12% |
|
20 ildən çox |
44% |
|
10 ildən çox |
20% |
|
5 ildən çox |
4% |
|
1 ildən çox |
|
Respondentlər aşağıdakı sualları cavablandırmışlar. Cavabların şərhi aparılaraq məqalə formasında təqdim ediləcək.
BLOK I – Elmin fəlsəfəsi və sosiologiyası
1. Sizcə elmin fəlsəfəsi dedikdə, nə başa düşülməlidir?
Elmin dərkinə cəhd
Elmi nəzəriyyələr
Obyektiv gerçəkliyin dərki
Elmi qanunlar, konsepsiya və kateqoriyaların sistemləşdirilməsi
Öz fikriniz__________
2. Sizcə elmi bilik qeyri-elmi biliklərdən nə ilə fərqləndirir?
Elmi bilik obyektivdir, qeyri-elmi bilik isə daha çox subyektivdir
Elmi bilik daha çox həqiqəti əks etdirir, qeyri-elmi bilik isə dəqiqləşdirilməmiş informasiyaya əsaslanır
Elmi bilik elmin konkret sahələrində tətbiq edilən metodlar vasitəsilə aşkar edilir
Elmi bilik tədqiqatlar və təhlillərlərlə aşkar edilir, qeyri-elmi bilik isə təcrübəyə əsaslanır və dəqiq olmaya bilər
Öz fikriniz________________
3. Elmi metodun strukturunu necə başa düşmək olar?
Elmi metod yeni elmi biliklər əldə etmək üçün tətbiq edilən sistemli fəaliyyət üsuludur
Elmi metod müşahidələr vasitəsilə elmin inkişafına yönəlir
Elmi metod elmi tədqiqatın nəticələrinin təhlilini nəzərdə tutur
Elmi metod fərziyyələr əsasında yeni nəzəriyyələrin yaradılmasına xidmət edir
Öz fikriniz__________
4. Elmi fərziyyələr nəzəriyyələrə və qanunlara çevrilə bilərmi?
Elmin inkişafı fərziyyələr üzərində qurulur
Fərziyyələr olmadan elm inkişaf edə bilməz
Fərziyyələr elmi qanunların yaradılmasına gətirir
Elm fərziyyələrsiz də inkişaf edə bilər
Elmi qanunların elmi fərziyyələrlə heç bir əlaqəsi yoxdur
Öz fikriniz___________
5.Sizcə obyektiv reallıq varmı və elmin mövcud reallığı dərk etməkdə xidməti nədən ibarətdir?
Obyektiv reallıq elm vasitəsilə dərk edilir
Obyektiv reallıq elm tərəfindən formalaşdırılır
Obyektiv reallıq bizim dərketmə bacarıqlarımızla bağlıdır
Obyektiv reallıq yoxdur
Öz fikriniz____________
6.Sizcə elmin inkişafına təsir edən başlıca amillər hansılardır?
Təhsilin inkişaf xüsusiyyətləri
Elmi kəşflər və texnoloji tərəqqi
Elm və təcrübənin davamlı əlaqəliliyi
Alimlərin tədqiqat bacarıqları
Cəmiyyətin inkişaf səviyyəsi
Öz fikriniz___________
7.Sizcə, elmin sosiologiyasının inkişafı zəruridirmi?
Bəli
Ola bilər
Xeyr
Öz fikriniz___________
8.Elmin fəlsəfəsi və elmin sosiologiyası nə ilə fərqlənir?
Elmin fəlsəfəsi elmi idrakın inkişaf qanunauyğunluqlarını araşdırır, elmin sosiologiyası cəmiyyətin elmi düşüncəyə təsiri imkanlarını
Elmin fəlsəfəsi və elmin sosiologiyası bir-birini tamamlayan elmi nəticələr təqdim edir
Elə böyük bir fərq görmürəm, hər ikisi mövcud reallığı öyrənir
Öz fikriniz__________
9.Elmin cəmiyyətlə qarşılıqlı əlaqəsinin öyrənilməsində sosioloji tədqiqatlar nə dərəcədə zəruridir?
Elmin inkişaf xüsusiyyətlərini aşkar etməyə kömək edir
Elmin tətbiqi imkanlarını genişləndirir
Elmin fəlsəfəsinin inkişafı üçün yeni ideyalar təqdim edir
Cəmiyyətin inkişafına əsaslı təsir göstərir
Sosioloji tədqiqatlarsız da elm və cəmiyyət inkişaf edə bilər
Öz fikriniz__________
10.Elmin sosiologiyası elmin səmərli inkişafına təsir edə bilərmi?
Mütləq
Əmin deyiləm
Xeyr
Öz fikriniz___________
BLOK II – Elmin innovativ inkişaf imkanları
11.XXI əsrdə elm və texnologiyanın inkişafı ilə bağlı proqnozlarınınz necədir?
Elm heç zaman olmadığı qədər inkişaf edib
Elmi kəşflər bəşəriyyəti tərəqqiyə aparır
Elmi kəşflər bəşəriyyəti tənəzzülə aparır
Öz fikriniz_____________________
12.Sizcə elm qloballaşıb, yoxsa xüsusi bir təbəqəyə xidmət edir?
Elmi nailiyyətlər universaldır
Elm xüsusi bir təbəqəyə xidmət edir
Elm heç zaman qloballaşa bilməz
Elmi nailiyyətlərin böyük qismi kütlədən gizli tətbiq edilir
13. Sizcə, elmi innovasiyalar mərkəzləşdirilməlidirmi?
Bəli, mərkəzləşdirilməlidir
Elmi innovasiyalar artıq mərkəzləşdirilib
Bu mümkün deyil
Xeyr, mərkəzləşdirilməməlidir
14. Elmin innovasiya mərkəzləri tərəfindən elmi tədqiqatların qiymətləndirilməsi zərurəti varmı?
Bəli, mütləq
Xeyr, ehtiyac yoxdur
15. Sizcə,akademik, elmi və innovasiya qiymətləndirilməsi elmin inkişafına və alimlərin maliyyə vəziyyətinə müsbət mənada təsir edə bilərmi?
Bəli
Ola bilər
Buna inanmıram
Xeyr
16.Ölkəmizdəki elmi innovasiya mərkəzləri haqqında məlumatınız varmı və onların işini necə qiymətləndirirsiniz?
Bəli, məlumatım var, qənaətbəxşdir
Heç bir məlumatım yoxdur, heç bir işlərini görməmişəm
17. Əqli mülkiyyətiniz olan əsərləriniz elmdə yenilik sayıla bilərmi?
Bəli
Qismən
Xeyr
18. Süni İntellekt müasir elmin inkişafına necə təsir edir?
Fikir mübadiləsinə şərait yaranır
Elmi fəaliyyətin mexanikləşməsinə xidmət edir
İdeya oğurluğuna gətirir
Düşünə və innovativ ideyalar verə bilməyən alimlər formalaşdırır
Öz fikriniz_______________
BLOK III. Elmin və alimlərin inteqrasiyası
19.Elmi əlaqələrin genişləndirilməsi elmin inkişafına təkan verə bilirmi?
Bəli
Qismən
Xeyr
20. Akademik dairələrin beynəlxalq inteqrasiya səviyyəsini necə qiymətləndirərdiniz?
Yüksək səviyyədədir
Qənaətbəxşdir
Zəifdir
Yoxdur
21.Müxtəlif indeksli (scoups, web of science və s.) jurnallarda nəşr elmi əlaqələrin genişlənməsinə xidmət edirmi?
Bəli
Qismən
Xeyr
22. Sizcə müxtəlif indeksli (scoups, web of science və s.) jurnallarda nəşr elmi əlaqələrin genişlənməsinə necə xidmət edir?
Alimlərin tanınması ilə
İdeyaların mübadiləsi ilə
Elmin populyarlaşması ilə
Biznes xüsusiyyətlidir və heç bir müsbət nəticəsi yoxdur
İdeya banklarının formalaşmasına gətirir
Müxtəlif ölkələrdən olan alimlərin elmi potensialını nümayiş etdirir
Öz fikriniz_____________________
BLOK IV. Elmin keyfiyyəti
23.Elmin inkişaf perspektivlərini hansı göstəricilərə görə müəyyən etmək mümkündür?
Elmi kəşflərə görə
Yüksək səviyyəli kadr hazırlığına görə
Elmi kadrların mübadiləsinə görə
Başqa ölkələrin elmi mərkəzlərilə əlaqəliin genişləndirilməsinə görə
Müxtəlif ölkələrin elmi müəssisələrilə birgə layihələrə görə
Öz fikriniz_________.
24. Sizcə,elmi tədqiqatların Elmi Sitat İndeksi alimin elmi bacarıq və potensialının göstəricisidirmi?
Bəli, mütləq
Qismən
Xeyr
25.Siz müxtəlif indeksli (scoups, erix plus və s.) jurnallarda nə qədər tez-tez nəşr edilirsiz?
İldə 1 və daha çox məqalə
2 – 3 ildə bir məqalə
5 ildə bir məqalə
Heç zaman indeksli jurnallarda məqaləm çap edilməyib
26. Son beş ildə sizin beynəlxalq verilənlər bazalarına düşən məqalələrinizin sitat sayı necədir?
Yüksək
Orta
Sitat verilmir
27. Sizin son beş ildə beynəlxalq verilənlər bazalarında indeksləşdirilmiş elmi jurnallarda nəşrləriniz varmı?
Bəli
Xeyr
28. Əgər heç zaman yüksək indeksli jurnallarda məqaləniz çap edilməyibsə, zəhmət olmasa, səbəbini göstərədiniz:
Belə jurnallar haqda məlumatım azdır
Belə jurnallara çıxış edə bilmirəm
Məqalələri həmin jurnalların tələblərinə uyğunlaşdıra bilmirəm
Öz fikriniz___________________
29. Sizcə alimlərin yaradıcılıq bacarıqlarının keyfiyyəti və potensialı necə qiymətləndirilə bilər?
Yüksək indeksli jurnallarda nəşrlə
Kitab və monoqrafiyaların nəşri ilə
Konfrans və seminarlarda çıxış ilə
Elmi kadrların hazırlanması ilə
Beynəlxalq elmi layihələrdə iştirakla
30. Sizcə alimlərin yaradıcılıq keyfiyyəti və potensialı kimlər tərəfindən qiymətləndirilə bilər?
İnnovativ mərkəzlər tərəfindən
Xüsusi komissiya tərəfindən
AAK tərəfindən
Müəssisə rəhbərliyi tərəfindən
Öz fikriniz_______________
31.Elmi araşdırmaların keyfiyyyətinə təsir edən amillər hansılardır?
Elmi tədqiqat bacarıqları
Elmi texniki bazanın səviyyəsi
Elmin zəif maliyyələşdirilməsi
Alimlərin yaradıcılıq keyfiyyəti (dil imkanları, tədqiqat aparma bacarıqları və s.)
Öz fikriniz_________
32.Sizcə elmi tədqiqat müəssisələrində çalışan elmi işçilərin təqdim etdikləri araşdırmaların keyfiyyəti necə müəyyənləşdirilməlidr?
Araşdırmanın həcminə görə
Əsərlərinin çapına görə (yüksək indeksli data bazalarda)
Tətqiqat predmetinin aktuallığına görə
Tədqiqat metodlarına görə
Elmi yeniliyinə görə
Tətbiqi imkanlarına görə
Patent alma imkanlarına görə
Sizin fikriniz___________
33. Sizcə, Azərbaycan elmi rəqabət qabiliyyətlidirmi?
Bəli
Xeyr
BLOK V. Elmin etikası
34. Elmin etikasını necə başa düşmək olar?
Elmə xidmət
Ziyalı mədəniyyəti
Elmi ünsiyyət
Öz fikriniz_______
35. Sİ elmin inkişafına necə təzir edir?
Elmi tədqiqatların keyfiyyətini artırır
Elmdə yeni yanaşmalara imkan yaradır
İdeya zənginliyinə gətirir
Plagiat hallarının artmasına səbəb olur
Elmdə original ideyaların formalaşmasına mane olur
Elmdə korrupsiya hallarının genişlənməsinə səbəb olur
Öz fikriniz_______________
36.Plagiata münasibətiniz?
Müsbət
Orta
Pis
37.Nə vaxtsa işlərinizdə plagiata yer vermisinizmi?
Bəli
Xeyr
BLOK VI. Elmin maliyyələşməsi
38. Elm büdcədən maliyyələşməlidir, yoxsa alimlər öz tədqiqatları ilə qazanc əldə etməlidirlər?
Bəli, elm büdcədən maliyyələşməlidir
Qrantlar, Donor fondlar vasitəsilə özü-özünü maliyyələşdirməlidir
Öz fikriniz_________
39.Alimlər əlavə gəlir haqda düşünməlidirlərmi?
Bəli
Xeyr
40. Elmi tədqiqatların donorlar tərəfindən maliyyələşdirilməsinə necə baxırsız?
Yaxşı
Orta
Pis
41. 2026-cı ildə Azərbaycanda elmin inkişafına ayrılan büdcə haqqında məlumatlısınızmı?
Bəli
Xeyr
42. Dövlət alimlərin sosial rifahını yaxşılaşdırmaq istiqamətində xüsusi tədbirlər və imtiyazlar tətbiq etməlidirmi?
Bəli
Xeyr
43.Sizcə, sizin elmi tədqiqatlarınız başqa bir ölkədə daha yüksək qiymətləndirilə bilərdimi?
Bəli
Xeyr
44. Elmi tədqiqatlara qrantlar ayrılmalıdırmı?
Bəli
Xeyr
45. Elmi tədqiqatların səmərəliliyinə təsir edən başlıca amillər hansılardır?
Maliyyə xərcləri
Elmi potensial
Tədqiqat bacarıqları
Innovativ yanaşma bacarıqları
Öz fikriniz_____
46. Azərbaycanda aparılan müxtəlif istiqamətli elmi tədqiqatların və elmi kadrların əmək bazarında üstünlük səviyyəsini necə qiymətləndirərsiniz?
Yüksək
Orta
Zəif
Çox zəif
47. Ölkəmizdə elmi kadrlar, fəlsəfə və elmlər doktorlarının statistikası qənaətbəxşdirmi?
Bəli
Xeyr

