25.09.2026, 15:47 - Baxış sayı: 15

“Azərbaycan həqiqətlərinin tədqiqinə epistemoloji yanaşma” mövzusunda elmi seminarı keçirilib


Sentyabrın 25-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri f.e.d. Füzuli Qurbanovun “Azərbaycan həqiqətlərinin tədqiqinə epistemoloji yanaşma” mövzusunda elmi seminarı keçirilib.

Bu kontekstdə Azərbaycan həqiqətlərinin tədqiqi həm də milli özünüdərkin elmi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək maraqlı və qiymətli tövsiyələrini vermişdir.

Məruzəçi çıxışında qeyd edərək bilidirb ki, öz tarixini obyektiv və tənqidi şəkildə dərk edən cəmiyyət keçmişi yalnız yadda saxlamır, həm də ondan gələcəyə dair nəticələr çıxarır. Tarixi bilik burada sadəcə keçmişin təsviri deyil, ictimai şüurun formalaşmasına təsir edən mühüm epistemoloji resurs kimi çıxış edir.

Azərbaycan həqiqətlərinin tədqiqinə epistemoloji yanaşma həqiqətin yalnız müəyyən bir mövqenin təsdiqi kimi deyil, əsaslandırılmış, yoxlanılmış və mənbələrlə dəstəklənmiş elmi bilik kimi qəbul edilməsini tələb edir. Bu yanaşmada fakt, mənbə, interpretasiya, yaddaş, metod və elmi tənqid vahid tədqiqat sisteminin elementlərinə çevrilir. Azərbaycan tarixinin və müasir reallıqlarının daha dərindən öyrənilməsi üçün müxtəlif elmi istiqamətlərin əməkdaşlığı, mənbələrin müqayisəli təhlili və metodoloji obyektivlik əsas şərtlər olaraq qalır.

Məruzəçi epistemoloji yanaşma Azərbaycan həqiqətlərinin yalnız müdafiə edilməsinə deyil, onların elmi əsaslarla araşdırılmasına, sistemləşdirilməsinə və beynəlxalq akademik dövriyyədə əsaslandırılmış bilik kimi təqdim edilməsinə xidmət edir. Həqiqətin elmi dəyəri onun nə qədər yüksək səslə ifadə edilməsində deyil, nə dərəcədə əsaslandırılmış, yoxlanılmış və obyektiv metodlarla ortaya qoyulmasındadır. Məhz bu prinsip Azərbaycan həqiqətlərinin gələcək tədqiqatlarının elmi-fəlsəfi əsasını təşkil edə bilər.-deyə vurğulayıb.

Daha sonra şöbə müdiri f.e.d., professor Rəna Mirzəzadə, f.e.d., f.ü.f.d, dosent Əli İbrahimov, professor Əbülhəsən Abbasov, f.ü.f.d, dosent Şölət Zeynalov, elmi işçi Həlimə Qafarova çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.