22.06.2026, 13:53 - Baxış sayı: 12

Fəlsəfə və Sosiologiya İnstitutnun alimləri Beynəlxalq Elmi-Praktik Konfransda iştirak edəcəklər


25 iyun 2026-cı il Belarusiyanın Minsk şəhərində Belarus Milli Elmlər Akademiyası, Belarus MEA-nın Fəlsəfə İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Belarus və Azərbaycanın mədəniyyətlərarası dialoqa və qlobal təhlükəsizliyə töhfəsi” Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir.

Konfransda Azərbaycandan AMEA Fəlsəfə və Sosiologiya İnstitutnun alimləri – f.e.d., prof. İlham Məmmədzadənin, f.e.d., prof. Azər Mustafayevin və f.ü.f.d. Gündüz Süleymanovun (onlayn) iştirakı nəzərdə tutulur.