18.01.2019, 12:58 - Baxış sayı: 1202

Fəlsəfə İnstitutunda “Azərbaycanın müstəqilliyi yolunda 20 Yanvar faciəsinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib

Fəlsəfə İnstitutunda “Azərbaycanın müstəqilliyi yolunda 20 Yanvar faciəsinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilibAMEA Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı “Azərbaycanın müstəqilliyi yolunda 20 Yanvar faciəsinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək 1990-cı il yanvarın 20-də baş verən hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu qeyd etdi. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən İlham Məmmədzadə Ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və sovet ordusunun törətdiyi terror hadisələrinə qarşı etiraz etdiyini vurğuladı.
Sonra h.ü.e.d.,professor İsaxan Vəliyevin “20 Yanvar faciəsi hüquqi müstəvidə”, f.ü.e.d. Afaq Rütəmovanın “20 Yanvar Azərbaycan xalqının tarixində hüzn və qürur günü” və f.ü.f.d. Radif Mustafayevin “Azərbaycanda qanlı yanvara gətirib çıxaran və sonrakı illərə də təsir etmiş hadisələrə fəlsəfi baxış” mövzusunda məruzələri dinlənildi.
Sonda f.ü.e.d. Rəfiqə Əzimova və digər ziyalılar öz çıxışlarında 20 Yanvarı yalnız faciə deyil, eyni zamanda millətin özünəqayıdışı kimi qiymətləndirdilər.