03.09.2025, 12:32 - Baxış sayı: 30

Təhminə Ağakişiyevanın məqaləsi "Index Copernicus" jurnalında çapdan çıxmışdır


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təhminə Ağakişiyevanın «Aesthetıcs revıval based on artıfıcıal ıntellıgence» adlı məqaləsi «Index Copernicus» sisteminə daxil olan «InterConf+» jurnalının xüsusi buraxışında nəşr olunub.

Məqalədə süni intellekt texnologiyalarının inkişafının müasir incəsənətə təsirindən bəhs edilir. Müəllif müasir texnologiyaları təsvir edərkən onların incəsənətin müxtəlif sahələrində istifadə nümunələrini misal gətirir. Eyni zamanda süni intellektdən istifadə edərkən sənət əsərlərinin atributlaşdırılması, bərpası və yaradılması imkanları araşdırmada xüsusi olaraq vurğulanılır.