14.07.2025, 13:02 - Baxış sayı: 47

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Qusar rayonunda gəzintidə olublar


Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı 12 iyul 2025-ci il tarixində Qusar rayonuna bir günlük gəzinti təşkil edib. Gəzintidə 40 nəfər İnstitut əməkdaşı iştirak edib. İnstitut əməkdaşları Qusar rayonu ərazisində yerləşən gəzməli-görməli yerlərə baş çəkib, “Ranço” və “Qayı bulaq” İstirahət Mərkəzlərində istirahət edərək maraqlı və əyləncəli bir gün keçiriblər. Gəzinti iştirakçıları səhər və günorta yeməyi ilə təmin olunublar.