MEK-də “Azərbaycan və Türkiyə dünya siyasəti” mövzusunda simpozium keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarından bir qrupu 20-21 iyun 2025-ci il tarixlərində Mərkəzi Elmi Kitabxanada AMEA və Türkiyə Bilim Akademisinin (TÜBA) “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirdiyi ikitərəfli simpoziumda iştirak ediblər.AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin, İnstitutun idrak nəzəriyyəsi şöbəsinin müdiri , fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, Türk xalqlarının fəlsəfi fikir tarixi və fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynovanın, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanayevanın, psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılovanın məruzələri maraqla dinlənilib.AMEA prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə Bilim Akademisi prezidenti prof.dr. Müzəffər Şəkər məruzəçilərə sertifikat təqdim ediblər.