AMEA əməkdaşları Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Konfransda iştirak etmişlər
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qəmər Adaları İttifaqının geniş tərkibli nümayəndə heyətini, Afrika Birliyi və digər təşkilatların nümayəndələrini salamlamış, əmin olduğunu bildirmişdir ki, beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalət, birgə səylər sayəsində Mayot məsələsi həll ediləcəkdir. Bəyan etmişdir ki, Bakı Təşəbbüs Qrupu Mayot məsələsi üzrə Birləşmiş Millətlər Təşkilatının Qoşulmama Hərəkatının, Afrika İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə və tövsiyələrinə əməl etməyə çağırır.
Konfransda tarix elmləri doktoru Eynulla Mədətli Qəmər Adaları İttifaqına münasibətdə, Yeni Kaledoniyada olduğu kimi, Fransanın yeritdiyi yeni işğalçı və müstəmləkəçi siyasətini tənqid edərək
Qəmər Adaları İttifaqı nümayəndələrindən prof. Məhəmməd Tahiri, Nadia Tourqui, Dr. Məhəmməd Rəfsəncani, Mabadi Əhməd Əli və başqaları çıxış etdilər və Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildirdilər.
Azərbaycan alimləri və mütəxəssisləri də çıxışlar etdilər.
Sonda müvafiq bəyannamə qəbul edildi.

