Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova konfransda iştirak edib

Konfransda Hafizə İmanova “Gələcəyə baxış konsepsiyası çərçivəsində Yaşıl iqlimə keçid dövrü” adlı tezislə çıxış etmişdir. Konfrans 23-24 may tarixlərində AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində keçirilmişdir. Konfransda ekoloqlar, müxtəlif elm sahələrinin alimləri iştirak etmişdir. Konfransda akademik, AMEA-nın prezidenti İsa Həbbibbəyli, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Elm və Təhsil Naziri Emin Əmirullayev və başqa Nazirliklərin nümayəndələri çıxış etmişlər. Sonda iştirakçılar sertifikatla təltif edilmişdir.
