Fəlsəfə və Sosiologiya İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə keçirilib

Füzulu Qurbanov mühazirəsində müasir elmdə fənlərarası yanaşmanın təfəkkür hadisəsi kimi analizi əsasında uyğun metodologiyanın hazırlanmasının fəlsəfi refleksiyasına diqqət yetirib. Bu kontekstdə fənlərarası yanaşmanın təfəkkür hadisəsi kimi fəlsəfi və elmi özəllikləri təqdim edilib.
Mühazirədə fənlərarası yanaşmanın bu cür anlamı fonunda fənlərarası metodologiyanın təşəkkülü dinamikası təhlil edildiyini qeyd edərək bu problemə bağlı olan fəlsəfi-metodoloji və dünyagörüşü özəlliklərin analizi verilib. Bundan başqa, fənlərarası metodologiyanın fəlsəfi ölçülməsi üçün fraktallıq, qeyri-xəttilik, açıqlıq, multifraktallıq, idraki situasiyaya təkar daxilolma, rekursiya, metamüşahidəçi, prosessual geştalt, bifurkasiya anlayışlarının təməlində dayandığı paradiqma kimi modelini təqdim edir.
Mühazirənin sonunda doktorant və dissertantlar onları maraqlandıran suallarla Füzuli Qurbanova müraciət etmiş və mövzu ətrafında diskussiya aparılmışdır.


