Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin növbəti iclası keçirilib
İclasda iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun şöbələrinin məsul şəxsləri qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı öz fikirlərini bölüşmüş, geniş müzakirələr aparmışlar. Nəticə olaraq 2024-cü ildə alimlərin profillərinin Google Scholar bazasında qeydiyyatdan keçirilməsi prosesini yekunlaşdırmaq, eləcə də digər elmmetrik bazalarda profillərin açılması və yenilənməsi işlərinin yerinə yetirilməsi prioritet vəzifələrdən biri kimi qəbul edildi.
Sonda Elektron Xidmətlər şöbəsinin müdiri A.Zeynalova bu cür hesabat xaraxterli iclasların mütəmadi keçiriləcəyini qeyd etmiş, institut alimlərinin elmmetrik bazalardakı profilləri ilə iş qabiliyyətini daha da səmərəli etmək məqsədilə maaarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamış və şöbə əməkdaşlarına uğurlar diləmişdir.

