İnstitut əməkdaşlarının məqalələri beynəlxalq elmi bazalarda indekslənən "Journal of Positive Psychology and Wellbeing" jurnalında dərc edilib
Tədqiqatda qeyd olunur ki, sosial dəstək psixoloji gərginliyi azaldır və nəticədə ümumi həyat məmnunluğuna töhfə verməklə fərdlərin zehni rifahının yüksəldilməsində mühüm rol oynayır.
Araşdırmada Azərbaycanın müxtəlif bölgələrindən 18-77 yaş aralığında olan 1011 yetkin iştirak edib və onlar “Həyatdan Məmnunluq Şkalası” (Satisfaction with Life Scale), “Depressiya, Təşviş və Stres Şkalası” (the Depression, Anxiety, and Stress Scale), “Qavranılan Sosial Dəstəyin Çoxölçülü Xüsusiyyətləri Şkalası”nı (the Trait The Multidimensional Scale of Perceived Social Support) tamamlayıblar.
Məlumatların təhlili üçün “bootstrap” prosedurundan istifadə edilib. “Bootstrapping” təhlilinin nəticələri müəyyən edib ki, psixoloji sıxıntı azərbaycanlı böyüklər arasında sosial dəstək və həyatdan məmnunluq arasında əlaqədə vasitəçi rola malikdir. Xüsusilə, yaş və cinsiyyətə nəzarət edildikdən sonra psixoloji narahatlığın sosial dəstək və həyatdan məmnunluq arasındakı əlaqəyə qismən təsir etdiyi aşkar olunub.
Beləliklə, araşdırma göstərir ki, sosial dəstək, psixoloji narahatlığı azaltmaqla və nəticədə ümumi həyat məmnunluğuna töhfə verməklə fərdlərin zehni rifahının yüksəldilməsində mühüm rol oynaya bilər.
www.muallim.edu.az

