YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatı Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr edilmiş ümumrayon tədbirinə qatılıb
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin xatirə kompleksi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət olunub. Sənan Həsənov və Fikrət Nəbiyev Şəhid ailələri və qazilərlə görüşüb, qələbəyə aparan yolun ideoloji əsaslarına dair fikirlərini bölüşüblər. Prezident İlham Əliyevin xalq-ordu birliyinə yönələn konsepsiyasının mahiyyəti müzakirə edilmişdir.

