Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi növbəti beynəlxalq elmi konfransda çıxış etmişdir

Qədim Gaziantep torpağının mozaik bölgəsi sayılan Zeugmada keçirilən bu beynəlxalq elmi konfransın əsas vəzifəsi gənc alimlərin elmi, texniki, innovativ potensialını stimullaşdırmaq, tədqiqat fəaliyyətində və praktik həyata keçirilməsində ciddi nəticələr əldə etmiş alimlərin layihələrini və elmi inkişaflarını təqdim etmək, peşəkar cəmiyyətin diqqətini elmi fəaliyyət mövzusuna cəlb etmək, habelə müxtəlif elm sahələrində tədqiqat aparan alimlərin inkişafına töhfə verməkdir.
Konfransda çıxışlar maraqlı və qarşılıqlı diskussiya formatında keçmiş və konfrans iştirakçıları beynəlxalq elmi sertifikatlarla təltif olunmuşlar.