Psixologiya Elmi-Tədqiqat İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutunun elmi-tədqiqat qrupunun məqaləsi “Springer Nature” indeksli jurnalda

Bu araşdırma modelləşdirmə tədqiqatıdır və elmi-təqdiqat 18-66 yaş aralığında olan 519 yetkin şəxs üzərində aparılıb. Tədqiqata cəlb olunmuş iştirakçıların ailə vəziyyəti (evli/subay), əmək fəaliyyətləri, müxtəlif dövlət və özəl qurumlarda çalışmaqları nəzərə alınıb. Araşdırmada həmçinin işsiz şəxslər də iştirak ediblər.
Tədqiqat nəticəsində məlum olub ki, sosial bağlılıqla psixoloji rifah arasında pozitiv əlaqə mövcuddur. Elmi-tədqiqatın gələcək dövrdə ölkəmizdə yetkin yaş qrupu arasında tətbiqi üçün əldə olunan qənaətə əsasən bu şəxslər çevrələrindən dəstək hiss edərlərsə, onlarda sosial bağlılıq artar, beləliklə də insanların psixoloji dayanıqlığı təmin olunar. Bu da gələcəkdə bu sahədə tətbiq olunan modelləmə işində sosial bağlılığın inkişafına rəvac verəcək.
Araşdırmada həmçinin qeyd olunur ki, yetkin şəxslər öz sosial mühitinə aid olduqlarını hiss etsələr, onların psixoloji dayanıqlıqları artar, bununla da onların psixoloji rifahı yüksələr.
Məqalə ilə daha ətraflı keçid edərək tanış ola bilərsiniz.