“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilib
Bu əlaqələrin bu gün də siyasi, iqdisadi, mədəni və digər sahələrdə yüksələn xətlə davam etdiyini və bir çox beynəlxalq arenada da eyni maraqlardan çıxış edərək bir-birini dəstəklədiyini bildirdi.
Akademik qeyd edib ki, ölkəmizdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini ifadə edən tədbirlər həyata keçirilir ki, bunun da əsas məqsədi iki qardaş ölkənin bir-birinə bağlılığını, xalqlar arasında münasibətləri möhkəmləndirmək olduğunu vurğulayıb: “Bundan başqa, müstəqilliyimizin hər mərhələlərində Pakistan dövləti hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğal olunması faktını beynəlxalq arenada dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın mənafeyini dəstəkləmişdir. Bundan sonra da Azərbaycan-Pakistan münasibətləri uğurla davam etdirilib, dostluq münasibətləri daha da möhkəmlənəcəkdir”.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə Azərbaycan-Pakistan əlaqələrindən, bu inkişaf sayəsinə xalqların daha da yaxınlaşmasından danışaraq, onun iqdisasi-siyasi əhəmiyyətini təhlil etdi. Professor həmçinin hər iki dövlətin elm və təhsil sahələrində də əməkdaşlıq imkanlarının reallaşması əlaqələrin inkişaf prosesini daha da gücləndirən amillərdən biridir - deyə, qeyd edib.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Eynulla Mədətli “Heydər Əliyevin Şərq siyasətində Pakistan” mövzusunda məruzə ilə çıxış etdi. E.Mədətli məruzəsində
Möhkəm və etibarlı təməli Prezident Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərini Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən diqqət mərkəzində tutaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün ardıcıl siyasət həyata keçirməyə başladı – deyə, Eynulla Mədətli qeyd edib.
Konfransda Pakistan Preston Universitetinin rektoru professor, dr. Əbdül Bəsit “Pakistan-Azərbaycan münasibətləri müasir geosiysi çağırışlar kontekstində”, Pakistan “Daily Ettehad” qəzetinin baş redaktoru, Pakistan Qəzet redaktorları Şurasının vitse-prezidenti Tahir Faruk “Heydər Əliyev və Məhəmməd Əli Cinnah – iki dahi Millət Atası”, Pakistan Sülh və Diplomatik Tədqiqatlar
Konfrans sual və müzakirələrlə başa çatdı.

