YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni hərbi orkestrin canlı ifasında səsləndirilmiş, daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məruzə ilə çıxış etmişdir.
Tədbirdən sonra isə Yasamal rayonunun Mərkəzi Parkında bayram konserti baş tutub. Azərbaycan səhnəsinin körkəmli ifaçıları bura toplaşan sakinlərə öz ifalarını təqdim etdilər. Bayram şənliyi tamaşaçılar tərəfindən coşqu və xüsusi rəğbətlə qarşılandı və yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı. Konsert proqramı bayram atəşfəşanlığı ilə başa çatıb.

