Azərbaycanlı alimlər 9-cu Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Konfransında çıxış ediblər
20 ölkənin 70-dən çox universitetindən 165 alim və doktorantın onlayn və əyani iştirak etdiyi konfransda fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Ulu Öndər Heydər Əliyevin dünyagörüşü”, professor Əyyub Kərimov “Ümummilli Lider Heydər Əliyevin təhsil siyasətinin əsas xüsusiyyətləri”, professor Sevinc Abbasova “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının hüquq qanunvericiliyində qadın siyasəti”, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Çoxqütblü dünyada yeni güc mərkəzlərindən biri kimi Türk Dövlətləri Təşkilatı: problemlər və həll yolları” mövzularında məruzələrlə çıxış ediblər. Alimlərimizin məruzələri Bilgi Universitetinin İdarə Heyətinin sədri Salman Aslandaş, prorektor Mesut Yalvac, ECLSS.org qurucusu professor Hasan Karacan və müəllim-tələbə kollektivi tərəfindən maraqla qarşılanıb. Onlara sertifikat verilib.
Şimali Kipr Türk Cümhuriyyətinə səfər çərçivəsində alimlərimizin Baş nazir Ünal Üstün, təhsil naziri Nazim Çavuşoğlu və digər rəsmilərlə görüşü təşkil edilib.
azertag.az

