
Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli Tam orta məktəbdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Dövlət - din münasibətlərinin tənzimlənməsində Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
