Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” adlı tədbirdə iştirak ediblər
Tədbirdə rəqəmsal biliyin artırılması, süni intellekt və kibertəhlükəsizlik məsələləri, müxtəlif sahələrdə bulud texnologiyalarının tətbiqi, Azərbaycan və Türkiyə arasında bulud texnologiyaları sahəsində təcrübəsi barədə müzakirələr aparılmışdır.
Dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin və mütəxəssislərin, eləcə də Türkiyənin 4Sİ texnologiyalarını tətbiq edən qabaqcıl şirkətlərinin iştirak etdiyi sessiyalarda bulud həlləri və bu həllərdən istifadənin üstünlükləri qeyd olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Mərkəzi İstanbulda yerləşən informasiya xidmətləri ixracı (Cloud Services) üzrə ixtisaslaşmış “Bulutistan Qlobal” şirkətinin baş direktoru Önder Şahin və həmin şirkətin Azərbaycan üzrə ölkə müdiri Samir Nuriyev Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri ilə birgə əməkdaşlıq çərçivəsində tədbir keçirtməyi planlaşdırdılar.

