Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. YAP Yasamal rayon Təşkilatının və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyaya YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatı sədri s.e.ü.f.d. Sənan Həsənov və partiya fəalı f.ü.f.d. Şölət Zeynalov qoşulmuşlar. Aksiya çərçivəsində rayon rəhbərliyi və partiya fəalları 200 eldar şamı ağacı əkilib, onlara aqrotexniki qullu göstərilib.

