Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi beynəlxalq elmi konfransda çıxış etmişdir

Konfransın əsas vəzifəsi filosoflara, sosioloqlara, antropoloqlara, kulturoloqlara, din alimlərinə, psixoloqlara, media və informasiya kommunikasiyaları, tibb və bioetikanın humanitar əsasları sahələrində mütəxəssislərə müasir cəmiyyətlərin sivilizasiya, mədəni, dini, etik, təhsil, informasiya – texnoloji və kommunikasiya transformasiyalarının kəsişməsində yerləşən müasir insanın problemlərinə hərtərəfli və mübahisəli baxılması üçün praktik imkan yaratmaqdır.
Konfransda çıxışlar maraqlı və qarşılıqlı diskussiya formatında keçmiş və konfrans iştirakçıları beynəlxalq elmi sertifikatlarla təltif olunmuşlar.


