Azərbaycan alimi Tatarıstanın İctimai Palatası tərəfindən təşkil edilən elmi-praktiki konfransda iştirak edib
Tatarıstan Respublikası tarixi baxımdan özünü İdel (Volqa) Bolqarıstanının varisi sayır və bu dövlətlə bağlı bütün əlamətdar hadisələri təntənəli şəraitdə qeyd edir. Məlum olduğu İdel Bolqariyası 1100 il əvvəl dövlət səviyyəsində İslamı qəbul etmiş ilk türk ölkəsi olmuşdur. Bu ilin ərzində Tatarıstanda həmin tarixə həsr olunmuş silsilə tədbirlər keçilirilmişdir. Onlardan biri 2022 ilin noyabr ayının 24-25 tarixində Tatarıstan Respublikasının İctimai Palatası tərəfindən təşkil edilən “Rusiyada Islam, millətlərarası və konfessiyalararası sülh və harmoniyanı möhkəmləndirən amil kimi” adlı elmi-praktiki konfrans olmuşdur. Həmin tədbirə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi fəlsəfə elmləri doktoru Aydın Əlizadə dəvət edilmişdi.
Konfransa qatılanlar üçün Kazan şəhərinə və İdel Bolqarıstanının mərkəzi olan Bolqar məntəqəsinə ekskursiyalar təşkil edilmişdir. Orada iştirakçılar Bolqar İslam Akademiyasında olmuş, müəllim və tələbələrlə görüşmüşdürlər. Akademiya ən yüksək səviyyədə texniki avadanlıq, siniflər, yataq otaqları və mühazirə zalları ilə təchiz edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, Akademiyada Tatarıstan tarixində önəmli rol oynamış şəxslərin fotoşəkilləri həkk olunmuşdur. Onların arasında böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin də şəkili vardır. Bu da Tatar və Azərbaycan xalqlarının ümumi tarixə malik olduqlarının göstəricisidir. Şəxsi söhbətlər zamanı da tatar alimləri Azərbaycan ziyalılarının tatar xalqının tarixindəki müsbət rolunu xüsusi qeyd etmişdirlər. Hətta onları həm də tatar xalqının maarifçiləri sırasına daxil edirlər.
Qeyd edilməlidir ki, konfransın işinə çoxlu sayda Rusiya və xarici ölkələrin alimləri və ictimai-siyasi xadimləri cəlb olunmuşdur. Rəsmi hissədə və bölmələrdə iştirakçılar canlı və məsafəli olaraq maraqlı məruzələrlə çıxış etmişdilər.
Azərbaycan təmsilçisi Aydın Əlizadənin məruzəsi “Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin inkişafına dini və ictimai xadimlərinin rolu” adlanmışdır (“Avrasiya məkanında İslam önəmli amil kimi” adlı 1-ci bölmədə 2-ci məruzə, 25 noyabr 2022 il). Həmin məruzədə qeyd edilmişdir ki, bu sahədə əlaqələr həm rəsmi, həm də qeyri rəsmi səviyyələrdə aparılır. Son illər ərzində rəsmi səviyyədə əlaqələr getdikcə dərinləşməkdədir. Belə ki, 2019-cu ildə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin Azərbaycan İlahiyyat İnstitutun rektoru Ceyhun Məmmədovla elmi əməkdaşlıq məsələlərini müzakirə etmişdir. O zaman İnstitutda Rusiyanın “Mədinə” müsəlman nəşriyyatının təqdimatı olub, kitabxana fondunda onun elmi-informasiya bölməsi açılıb.
2021-ci ildə Sankt-Peterburq Universitetinin İslam Təqdiqatları Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Həmçinin, Azərbaycan İlahiyyat İnstitutunda həmin Mərkəzin dərc etdiyi elmi əsərlərin təqdimat mərasimi keçirilmişdir. Hər iki ölkənin müsəlman din xadimləri və ziyalıları mütəmadi olaraq Rusiya və Azərbaycanda təşkil edilən müxtəlif konfranslarda iştirak edirlər.
Mədəniyyət sahəsində də əlaqələr davam etməkdədir. Məsələn, 2015-ci ildə Tatarıstanda keçirilən “Qızıl Minbər” Beynəlxalq Müsəlman Filmləri festivalında azərbaycanlı Elgün Quliyev münsiflər heyətinin üzvü, 2021-ci ildə isə rejissor Elçin Musaoğlu isə XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının münsiflər heyətinin sədri seçilmişdilər.
Azərbaycanla Rusiya arasında qeyri-rəsmi səviyyələrdə də münasibətlər inkişaf etməkdədir. Nümunə kimi azərbaycanlı alim A. A.Əlizadənin Moskvanın İslam nəşriyyatları ilə əməkdaşlığını göstərmək olar ki, bunun nəticəsində İslam Ensiklopedik lüğəti (M., 2007) və Müsəlman Dövlətlərinin Salnaməsi (M., 2004) nəşr edilmişdir. Bu əsərlər təkcə kütləvi oxucu üçün deyil, həm də elm adamları tərəfindən yüksək qiyməyləndirilir, onların sitatlama indeksi yüksəkdir. Azərbaycanda fəaliyyət göstərən “İdrak” ictimai Birliyi rus dilində çoxlu sayda dini-fəlsəfi ədəbiyyat dərc edərək onları Rusiya məkanına çıxara bilmişdir.
Rusiyada azərbaycanlı iş adamlarının xeyriyyəçilik ənənələri davam etməkdədir. 100 ildən çox əvvəl Bakı milyonçuları Hacı Zeynal Abidin Tağıyev və Şəmsi Əsədullayev Sankt-Peterburq və Vladiqafqaz cümə məscidlərinin tikintisinə vəsait ayırmışdırlar. Bu ənənələr bu gün də davam edir. Məsələn, Voloqda vilayətində müsəlman icmasının sponsorlarından biri azərbaycanlı A. Sultanovdur.
Məruzəsinin sonunda Aydın Əlizadə qeyd etmişdir ki, Son illər boyu Rusiya və Azərbaycan müsəlman din xadimləri, vətəndaş cəmiyyəti və elmi dairələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət inkişaf etməkdədir. Eyni zamanda, bu sahədə çoxlu işlərin görülməlidir və buna görə də əməkdaşlığın ardıcıl davam etməsi prosesi gedir. Bu sahədə xüsusilə bizə dost olan Tatarıstan Respublikası ilə əməkdaşlıq sahəsində böyük perspektivlər açılmaqdadır. Onu da qeyd etmək lazımdər ki, Tatarıstan Azərbaycan kimi çoxmilliyətli Respublikadır və milli siyasət sahəsində böyük uğurlar əldə etmişdir. Orada bütün xalqlar sülh və əminamanlıq şəraitində yaşayır. Azərbaycanın da bu sahədə öz təcrübəsi vardır. Ölkəmizdə Multikulturalizm siyasəti uğurlar keçirilməkdədir və burada ölkəmizə məxsus modeli hazırlanıb tətbiq edilmişdir. Bu sahədə əldə edilən müsbət nəticələrlə də bölüşmək olar.

