“1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda elmi konfrans keçirilib
Sonra çıxış edən AMEA İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz Axundova belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, həm yəhudi, həm də Azərbaycan xalqı eyni taleyi yaşamışlar. Hər iki xalq faşizm ideyasının daşıyıcıları tərəfindən ən ağır işgəncələrə məruz qalaraq, soyqırımlara uğradılıblar.
Daha sonra f.ü.e.d. Xatirə Quliyevanın “Soyqırım – tarixə müasir fəlsəfi-etik yanaşma”, A.A.Bakıxanov adına Tarix İnstitutunun Soyqırım şöbəsinin aparıcı elmi işçisi t.ü.e.d. Vaqif Abışovun “XX əsrin əvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımları”, AMEA İnsan Haqları və Hüquq İnstitutunun şöbə müdiri Moisey Bekkerin “Millətçiliyin faciəsi”, f.ü.e.d Afaq Rüstəmovanın “Holokost – XX əsrdə bəşəriyyətə qarşı cinayətdir”, f.ü.e.d. Ziba Ağayevanın “Soyqırım – sosial-fəlsəfi təhlil” və f.ü.f.d Zeynəddin Şabanovun “Beynəlxalq hüquqi sənədlərdə soyqırım məsələsi – fəlsəfi-siyasi aspekt” mövzusunda məruzələri dinlənilmişdir.
Sonda konfrans mövzu ətrafında müzakirələrlə davam etmişdir.

