“Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı keçirildi
Tədbiri Eynulla Mədətli giriş sözü ilə açaraq qonaqları salamlayıb, xoşgəldin etdi. O, öz çıxışında Azərbaycan-Pakistan əlaqələrinin qurulmasından, iki qardaş ölkə arasında olan dərin dostluq bağlarından söz açdı. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi səkkiz illik fəaliyyət və iki ölkə arasında qurulan əlaqələr haqqında ərtaflı məlumat verdi.
Kitab haqqında məlumat verən E.Mədətli qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələlərinin qələmə alındığını qeyd edərək bildirib ki, 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır..
Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayi çıxış edərək tədbirə dəvət etdiyi üçün Eynulla Mədətliyə təşəkkürünü bildirərək qeyd edib ki, kitabda Paksitanın qədim və müasir tarixinə dair ərtaflı məlumatlar vardır. Pakistanla Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışan səfir iki ölkənin qarşılıqlı əlaqələrinə toxunub və bu əlaqlərin gündən-günə daha da möhkəmləndiyini bildirib. E Mədətlinin təqdim olunan kitabının ölkələrimizin diplomatik əlaqələrinin qarşıdakı 30 illiyinə ən yaxşı hədiyyə olduğunu vurğulayıb.

