Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi Zaqatala şəhərində maarifləndirici təlim keçirib
Tədbirdə AMEA Fəlsəfə və Sosialogiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Radif Mustafayev "Dini dözümlülük və multikulturalizmin təbliğində metodoloji yanaşmalara baxış” mövzusunda iştirakçılar üçün təlim keçirib.
2 günlük təlimlərdə 80 nəfər iştirak edib. İştirak edənlər arasında Mədəniyyət Mərkəzinin, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin və Zaqatala şəhər Uşaq İncəsənət Məktəbinin əməkdaşları, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri və Zaqatala rayon orta təhsil müəssisələrində psixologiya fənnini tədris edən müəllimlər olub
Təlimlər zamanı iştirakçıların din haqqında biliklərinin yoxlanılması üçün sorğu anketləri paylanıldı və aktiv müzakirələr aparıldı. Sorğu anketlərinin təhlili aparılacaq və bu təhlillər əsasında yeni layihələr təklif ediləcək.

